Bəzi çaylardan sel keçəcək
Cəmiyyət
18:50 / 18.08.2023
9193
Avqustun 19-u gecə və səhər əsasən şimal və şərq rayonlarında, avqustun 19-u gündüzdən 20-si gündüzədək isə bəzi bölgələrdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, yağıntıların leysan xarakterli olacağı, dolu düşəcəyi, əsasən Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan zonalarının bəzi yerlərində yağıntıların intensiv və güclü olacağı ehtimalı var.
Şərq küləyi əsəcək, sürəti saniyədə 15-18 metr olacaq, avqustun 19-da ayrı-ayrı yerlərdə arabir 20-25 metrədək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın sel keçəcəyi proqnozlaşdırılır.