İcra başçısına yeni müavin təyin olundu

İcra başçısına yeni müavin təyin olundu

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısına yeni müavin təyin olunub.

 

Sfera.az xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsinə Əliyev Xaliq Zakir oğlu təyin edilib.

 

Qeyd edək ki, Xaliq Əliyev bundan öncə Yevlax Şəhər İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.


OXŞAR XƏBƏRLƏR