FHN əhaliyə müraciət etdi - VİDEO

FHN əhaliyə müraciət etdi - VİDEO

FHN uşaqların təhlükəsizliyi ilə bağlı müraciət yayıb.

 

Sfera.az nazirliyə istinadən xəbər verir ki,  FHN-in “112” qaynar telefon xəttinə mütəmadi olaraq azyaşlıların mənzillərdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı məlumatlar daxil olur. Bütün hallarda nazirliyin müvafiq qüvvələri tərəfindən həyata keçirilən operativ əməliyyatlar sayəsində köməksiz (təhlükəli) vəziyyətdə qalan azyaşlılar xilas olunaraq ailə üzvlərinə və ya yaxınlarına təhvil verilir:

 

“Belə ki, son bir ay ərzində FHN-in xilasediciləri tərəfindən həyata keçirilən xilasetmə əməliyyatları nəticəsində köməksiz vəziyyətdə qalan 34 uşaq xilas olunaraq ailə üzvlərinə təhvil verilib.

 

Bu kimi hadisələrlə bağlı aparılan təhlillər onu deməyə bir daha əsas verir ki, bəzən valideynlər ən sadə səbəblərdən (qonşuya baş çəkmək, həyətdəki mağazaya düşmək və s.) azyaşlıları evdə tək qoyur və nəticədə, bir sıra hallarda qapının açılması qeyri-mümkün olduğundan xilasedicilərin köməyinə ehtiyac yaranır.

 

Qeyd olunanları, habelə mənzillərdə azyaşlıların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu nəzərə alaraq, valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları heç bir halda tək buraxaraq mənzili tərk etməməyə çağırırıq”.

 

 


OXŞAR XƏBƏRLƏR

PA-ya işə düzəltmə adı 3000 manatlıq dələduzluq

Bakıda vətəndaşı 3000 manata Prezident Adminstrasiyasına (PA) işə düzəldəcəyini və edərək dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.&nbs...

Panama sahillərində 6,2 maqnitudalı zəlzələ oldu

Panama sahillərində 6,2 maqnitudalı zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi məlumat yayıb.   ...

Avtobus avtomobilin sürücüsünü belə vurdu - VİDEO

"Sürücülərdən birinin təhlükəsizlik qaydalarına əməl etməməsi, digərinin isə diqqətsizliyi ağır qəzanın baş verməsinə səbəb olub".   Sfera....

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

İyulun 14-də çimərlikdə bir azyaşlı batma təhlükəsi ilə üzləşib.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. &n...

Gəncədə zəncirvari qəza- 4 avtomobil toqquşdu

Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Hərəkətdə olan &ld...

Azərbaycanda maşının yürüşünü çəkənlər 3 min manat cərimələnə bilər - VİDEO

Sifarişlə Azərbaycana gətirilən avtomobillərin bəzilərinin kilometrajı alındığı ölkələrdə silinir.   Sfera.az Xəzər TV-yə istinadla xəbər verir ...