Azərbaycanda bu sahədə çalışanlar daha yüksək maaş alır

Azərbaycanda bu sahədə çalışanlar daha yüksək maaş alır

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,8 faiz artaraq 913,9 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.


Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.


Məlumata görə, 2023-cü il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 32,9 min nəfər və ya 1,9 faiz artaraq 1734,2 min nəfər olub, onlardan 901,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 833,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
 

Muzdla işləyənlərin 19,2 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət, 2,1 faizi maliyyə və sığorta fəaliyyəti, 14,3 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.


OXŞAR XƏBƏRLƏR

2024-cü ilin üçüncü rübündə ən çox satılan smartfonlar hansılardır?

2024-cü ilin üçüncü rübündə qlobal smartfon satışında "İPhone 15" lider olub.    Sfera.az xəbər verir ki, bu barədə "Counterpoint...

Tramp Baydenin sərəncamlarını LƏĞV EDƏCƏK

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp vəzifəsinin ilk həftəsində hazırkı Prezident Co Baydenin onlarla sərəncamını ləğv edəcək.   Sfera.az xə...

Rumen Radev Azərbaycana gəldi

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştir...

NATO-nun Azərbaycandakı əlaqələndiricisi funksiyasını bu ölkənin səfirliyi həyata keçirəcək

Gələn ildən Azərbaycanda NATO əlaqələndirici funksiyasını Slovakiya səfirliyi həyata keçirəcək.   Sfera.az-ın məlumatına görə, bu barədə Prezident İl...

İlham Əliyev Slovakiya prezidenti ilə görüşdü - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb.   Sfera.az xəbər verir ki, qonaq Azərbaycanın, o...

Prezident BMT-nin Baş katibi ilə görüşdü - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ilə görüşüb.   S...