Tanınmış aparıcı xanımını belə təbrik etdi - FOTO

00:41 / 07.06.2023
3238
"06.06.2015-ci il tarixində "Ailə" adlı kitabın müəllifi olmaq qərarına gəldik. 8 ildir ki, yeni səhifələri yazmaqdayıq".
Sfera.az xəbər verir ki, bu sözləri aparıcı Emil Şahzadə sosial şəbəkədə xanımı Könüllə olan fotosuna yazıb. O, evlilik ildönümləri olduğunu vurğulayıb:
"Əzizim, bu kitabın əsas qəhrəmanı və ömür-gün yoldaşı olduğuna, mənə ata sevincini yaşatdığına görə sonsuz minnətdarlığımı bildirirəm. 8 rəqəmi sonsuzluğu simvolizə edir. Sənə olan sevgim və hörmətim tək, istəkli Könülüm!".
Qeyd edək ki, cütlüyün bir qız, bir oğul övladı var.