Azərbaycanda odun mafiyasını dəstəkləyənlər kimlərdir? - Prezidentin siyasətinə qarşı gedən dövlət strukturları

Azərbaycanda odun mafiyasını dəstəkləyənlər kimlərdir? - Prezidentin siyasətinə qarşı gedən dövlət strukturları

Azərbaycanda odundan yanacaq növü kimi istifadə edilməsi son illərdə azalsa da təəssüflər olsun ki, bəzi qurumlarının fərdi maraqları səbəbindən bu yanacaq növündən istehlak səviyyəsi hələ də yüksəkdir. Açıqlanan rəsmi məlumatların təhlili göstərir ki, yanacaq məqsədilə odundan istifadənin azalması əsasən ev təsərrüfatlarının istehlakındakı dəyişiklik hesabına baş verib. Daha doğrusu, ölkəmizdə qazlaşmanın coğrafiyasının genişləndirilməsindən sonra ev təsərrüfatlarında odundan bir yanacaq kimi istifadəyə ehtiyac qalmayıb.

 

Sfera.az xəbər verir ki, indi odundan enerji alınması məqsədilə istifadə hallarına daha çox dövlət təşkilatlarında müşahidə edilir.

 

Rəsmi statistikaya əsasən, 2007-ci ildə ölkəmizdə 174,4 min ton odundan enerji əldə edilməsi üçün istifadə olunub. Bu qədər odunun 80 faizi, yəni 139 min tonu ev təsərrüfatları, 34,3 min tonu dövlət təşkilatları və kommersiya məqsədi ilə istehlak edilib.

Qazlaşdırmanın genişləndirilməsindən sonra odundan yanacaq kimi istifadə miqdarı 43,2 min tona düşüb. İstehlakın azalması demək olar ki, ev təsərrüfatlarının hesabına baş verib. Ötən müddətdə ev təsərrüfatları odun istehlakının miqdarını 12 dəfə azaldaraq 11,7 min tona salıb. Bunun səbəbi öncə də qeyd etdiyimiz kimi qazlaşdırmanın genişlənməsidir.

 

Ev təsərrüfatlarından fərqli olaraq dövlət qurumlarında və kommersiya məqsədilə odundan istifadə cüzi azalıb. Son məlumata görə dövlət təşkilarlarında və kommersiya məqsədilə odun istehlakı 31,4 min ton olub.

 

Kommersiya məqsədilə odundan istifadə edilməsini başa düşmək olar. Məlumdur ki, evlərdə, restoranlarda, şadlıq evlərində və digər ictimai iaşə müəssisələrində kabab hazırlanmasında odundan istifadə edilir. Bunun qarşısını almaq təbii ki, mümkün deyil.

 

Lakin dövlət qurumlarında enerji əldə edilməsi üçün odundan geniş şəkildə istifadə başa düşülə bilməz. Elm-texnologiyanın inkişaf etdiyi, enerji əldə etmək üçün alternativ imkanların mövcud olduğu indiki zamanda hələ də qədim dövrlərdə olan kimi ağacları qıraraq yanacaq əldə edilməsi qəbuledilməzdir.

 

Dövlət qurumlarından odundan yanacaq növü kimi istifadə edilməsi Prezident İlham Əliyev tərəfindən müəyyən edilən Azərbaycanın prioritet məqsədlərinə uyğun gəlmir.

 

Azərbaycan Prezidenti 2021-ci ilin  fevralın 2-də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i müəyyən edib. Bununla bağlı imzalanan sərəncamda qeyd edilir ki, növbəti onillikdə, yəni 2031-ci ilə qədər Azərbaycan təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməlidir.

 

Bu mühüm sənəd dövlət qurumlarından, özəl sektordan ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, enerji mənbələrindən səmərəli istifadənin həyata keçirilməsini tələb edir.

 

 

Azərbaycan qeyd edilən prioritet daxilində strateji dövrdə iki məqsədin reallaşdırılmasına nail olmalıdır: həm yüksək keyfiyyətli ekoloji mühit formalaşdırılmalıdır, həm də yaşıl enerji məkanı yaradılmalıdır. Bu məqsədlərə çatmaq üçün əsas hədəflərdən biri məhz ölkədə yaşıllıqların payının artırılmasıdır.

 

Belə bir mühüm sənədin icrasına başlanmasından artıq 2 il keçməsinə baxmayaraq hələ də dövlət qurumlarında odundan istifadə azalmır.

 

Bəs dövlət qurumlarının odun sevgisi nə ilə bağlı ola bilər?

 

Əldə etdiyimiz məlumatlara görə bəzi dövlət qurumları faktiki olaraq odun mafiyasının tərəfdaşına çevrilib. Odun mafiyasının bəslənməsi üçün Elm və Təhsil Nazirliyi, həmçinin Müdafiə Nazirliyi hər il böyük miqdarda odun alır. 

 

Dövlət büdcəsindən ayrılan milyonlarla manat vəsait hesabına alınan odunlar məktəblərdə, uşaq bağçalarında, hərbi hissələrdə enerji alınması üçün istifadə olunur. Elm və Təhsil  Nazirliyində bu məqsədlə "Simplex" QSC, Müdafiə Nazirliyində isə təhcizat şöbəsi böyük “həvəslə” çalışır.

 

Dövlət qurumları bu davranışı ilə əslində Prezidentin inkişaf hədəflərinə müqavimət göstərmiş olurlar. 2030-cu ilə qədər yaşıl enerjiyə keçməli olan ölkədə binaların qızdırılması üçün odun yandırılması düzgün davranış deyil və yaşıl enerjiyə keçiddə ilk addımları əslində dövlət qurumları atmalıdır.

 

Amma görürük ki, Elm və Təhsil Nazirliyi, Müdafiə Nazirliyi yaşıl enerjiyə keçidlə bağlı ciddi addımlar atmır, əvəzində çoxsaylı tenderlərdə "Simplex" QSC və digər bu kimi tərəfdaş şirkətlərə böyük imkanlar yaradılır.

Azərbaycanda dövlət qurumlarının “odun mafiyası” ilə təhlükəli işbirliyi –  Milyonlar necə talan edilir?

Odundan istifadə ekoloji problemlər də yaradır. Odunun əldə edilməsi meşələrin qırılmasına səbəb olur ki, bu da Azərbaycan kimi kiçik meşə sahəsi olan ölkə üçün qəbuledilməz haldır. Hazırda Azərbaycanın ərazisinin 11 faizi meşə ilə əhatə olunub. Ekoloji standartlara görə ərazinin 30 faizi və daha çox hissəsi meşə ilə əhatə olunan ölkələrdə ekologi vəziyyət yaxşı olur, quraqlıq, sel və daşqınlar az müşahidə edilir. Buna görə də kiçik meşə sahələrinə sahib olan ölkələr meşə massivlərinin artırılmasına xüsusi önəm verir. Bu məqsədlə isə çoxlu sayda ağac əkilməklə bərabər mövcud meşə sahələrinin qorunmasına da xüsusi diqqət ayrılır. Ancaq görürük ki, dövlət qurumları odundan istifadəni  azaltmamaqlaı meşələrin qırılmasına, ekoloji tarazlığın pozulmasına dəstək olur.

 

Acınacaqlısı odur ku, dövlət qurumlarında nə qədər odundan istifadə etməsi, bu məqsədlə nə qədər ağacın qırılmasına dair dəqiq, ətraflı statistika da aparılmır. Demək olar ki, odun mafiyasının fəaliyyəti nəzarətsizdir, odun istehsalı üçün qırılan ağacların dəqiq uçotu yoxdur.

 

Məktəblər və hərbi hissələr üçün ayrılan odun öz ünvanına çatmır, satılır, nəticədə həm hərbi hissələr, həm də məktəblər dondurucu soyuqda isidilməmiş qalır. Hətta nəmişlikdən hərbi hissələr və məktəblərin nimdaş vəziyyətə düşməsi də göz qabağındadır.

 

Elm və Təhsil Nazirliyi, Müdafiə Nazirliyi prezidentin siyasətinə qarşı çıxmamalı, ekoloji cəhətdən təmiz enerji növlərinin tətbiqinə maneə yaratmamalıdır. Adıçəkilən nazirliklər qaz təchizatı olmayan ərazilərdə yerləşən binalarında Günəş panellərindən və digər yaşıl enerji növlərindən istifadəni təmin edə bilər. Bunun üçün ölkəmizdə kifayət qədər texniki imklanlar və mütəxəsis var. Yaşıl enerjiyə keçid odun alınmasına xərclənən milyonlarla manat vəsaitə də qənaət imkanı yaradardı. 

 

Orxan

 

P.S. Problem diqqətimizdədir və mövzunun davamı olacaq.

 

 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...