“Pişik” Günel deputatın vurulmasından danışdı: \"Heç bir şey söyləyə bilmirəm, çünki....\"

“Pişik” Günel deputatın vurulmasından danışdı: \

Ötən gün millət vəkili Fazil Mustafanın evinin önündə güllələnməsi ölkədə böyük rezonansa səbəb olub.

 

Məşhurlar da bu hadisəyə səssiz qalmayıb və buna münasibət bildiriblər.

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a “Pişik” ləqəbi ilə tanınan müğənni Günel Ələkbərova açıqlama verib. O, F.Mustafa olayından xəbərdar olduğunu və artıq vətəndaş olaraq qorxduğunu bildirib: 

 

“Fazil Mustafaya sui-qəsd olunması xəbərini sosial şəbəkələrdə gördüm. Hadisədən xəbərim var. İlk başda Fazil Mustafaya şəfa diləyirəm, Allah ona şəfa versin. Əslində bu sui-qəsd çox qorxulu bir şeydir. Biz ölkə olaraq belə şeylərə öyrəşməmişik. Bizdə terror, silahlı hücum, küçələrdə silahlı atışmalar, sui-qəsdlər olmayıb. Biz Rusiyada, Amerika ştatında yaşamırıq. Biz belə şeyləri xarici mətbuatın yaydığı xəbərlərdə və yalnız filmlərdə görmüşük. Amma son zamanlar bir-birinin ardınca ölkəmizdə bu cür hadisələrlə rastlaşırıq. Bu yaxınlarda İrandakı səfirliyimizə hücum oldu, silahlı şəxslər Bakıda marketlərin birinə daxil oldular, insident baş verdi, ölən, yaralananlar oldu. Bu kimi hallar bir vətəndaş kimi təbii ki, məni də qorxudur”.

 

Onun sözlərinə görə, millət vəkilinə qarşı bu sui-qəsd siyasi məqsəd daşıyır:

 

“Son vaxtlar insanlar aqressiv olublar, düzdür, amma düşünmürəm ki, Fazil Mustafa olayı sıravi bir vətəndaş tərəfindən törədilsin. Sıravi vətəndaşda silah haradandır? Yazıq sıravi vətəndaş heç yeməyə çörək ala bilmir. Hər halda, Fazil Mustafaya qarşı törədilən hadisə siyasətlə bağlıdır. Böyük ehtimalla bu terror siyasidir, ona görə bu haqda heç bir şey söyləyə bilmirəm, çünki məlumatım yoxdur”. 

 

Xatırladaq ki, ötən gün evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkili Fazil Mustafa bu gün ikinci dəfə əməliyyat olunub.

 

Qeyd edək ki, deputat Fazil Mustafa ötən gün saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsindəki evinin qarşısında güllələnib. “Kalaşnikov” avtomatı ilə açılan atəş nəticəsində deputat bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...