Logo

“50 qəpiyə üzüm satıram, bundan aşağı qiymət?” – Bayram yarmarkasından REPORTAJ

“50 qəpiyə üzüm satıram, bundan aşağı qiymət?” – Bayram yarmarkasından REPORTAJ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kənd Təsərrüfatı Nazirliyi “Kənddən şəhərə” layihəsi çərçivəsində Novruz bayramı münasibətilə yarmarkalar təşkil edib. Yarmarkalar 11-19 mart tarixlərində fəaliyyətdə olacaq. Yarmarkalar Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B (“İnqilab” kinoteatrının yanı), Fətəli Xan Xoyski küçəsi 5  ünvanlarında qurulub.

Bayram yarmarkasındakı vəziyyətlə tanış olmaq üçün Fətəli Xan Xoyski küçəsi 5 (“Gənclik” metrosunun yaxınlığına) ünvanına üz tutduq.

Sfera.az sözügedən məkandan reportajı təqdim edir:

Yarmarkanın girişində müxtəlif ölçülü, bəzədilmiş səmənilər var. Qiymətlər isə ölçüyə görə 1.50 AZN-dən başlayaraq 5-6 manatadək dəyişə bilir.

Mənzərə ilə tanış olmağa başlar-başlamaz satıcılardan biri bizi səslədi ki, ona yaxınlaşaq.

- Gəl, məni çək, məni.

- Adınız nədir?

- Onu nə edirsən? Satışdan narazıyam.

- Məhsullar haradandır, qiymətlər necədir?

- Çərəzləri Ordubaddan gətirmişəm, amma satışdan narazıyam. Yenə həftəsonu o biri günlərə baxanda nisbətən satış edə bildim, digər günlər ümumiyyətlə vəziyyət pis olur. Alıcılar daha çox qoz almağa üstünlük verirlər. Qozu 10-12 manata, 20 manata satıram. Qiymətlər qozun ağlığına görə fərqlənir. Ordubad fındığını da 12, 14 manata satıram, onların da qiyməti rənginə görə fərqlənir. Qiymət yaxşıdır, alıcı yoxdur...

Adını açıqlamayan ordubadlı satıcı ümidlərimi elə qırdı ki, sanki camaat bayrama hazırlaşmır, çərəz alan, süfrə açan yoxdur. Amma elə az keçməmiş yarmarkaya alıcıların gəldiyini gördüm.

Çərəz və meyvə alan İnqilab İmanov adlı alıcı marketlərdənsə yarmarkanın daha sərfəli olduğunu bildirdi:

“Ötən illərə baxanda qiymətlər qalxıb. Amma marketlərlə müqayisədə yarmarka bizi daha çox qane edir. Çərəzləri, meyvəni buradan alırıq, çeşid çoxdur. Gəzib baxırıq hər şeyə”.

Yarmarkada ilk dəfə satıcı olan Elvin Musayev öz hazırladığı məhsullarla bərabər, firma ağartılarını da satır. Dediyinə görə, mənzərə gözlədiyi kimi deyil:

“Firma məhsulları satıram, satış normaldır. Amma düzünü deyim ki, gözlədiyim qədər  alıcı yoxdur”.

Qəbələdən olan satıcı Elvin Osmanov isə deyir ki, badamı hamıdan ucuz satır, amma yenə də satış zəifdir:

“Çərəzləri Qəbələdən gətirmişəm, öz məhsulumuzdur. İki gündür məhsulumu satışa çıxarmışam, amma nəticə zəifdir, alıcı azdır. Müştərilər daha çox qoz-fındıq, badam almaq istəyirlər. Qiymətdən narazılıq edən görməmişəm, çərəzləri ən aşağı qiymətlə satıram. Qarışıq çərəzi 14 manata, qozu 10 manata, badamı 15 manata, fındığı 11 manata satıram. Badamı başqa yerlərdə 17 manata satırlar, amma yenə də satış məni qane etmir”.

Gədəbəy rayonun Slavyanka kəndindən Rzayev Elsevər adlı satıcı isə qarşısına müxtəlif ölçülərdə bal çeşidləri düzmüşdü. Dediyinə görə, alıcı var, vəziyyətdən razıdır:

“Əvvəllər 7-ci mikrorayondakı yarmarkada olurdum, orada alver bura baxanda nisbətən güclü idi. Bilirsiz, yarmarkada qiymətlər daha ucuzdur, ona görə müştərilərimiz də olur. Balı Gədəbəydən gətirirəm, öz məhsulumdur. Balın kiloqramını rayonda bəzən 30 manata, hətta ondan da baha satıram. Amma burada elə adam olur ki, bəzən bir kiloqram balı 20 manatdan da verirəm. Cökə balını 25, çiçək balını 30 manata satıram. Vəziyyətdən narazı deyiləm, sağ olsunlar ki, pulsuz yer veriblər məhsulumu sata bilirəm”.

Yarmarkada daha bir alıcı ilə həmsöhbət olduq. Mehdi Əliyev adlı təqaüdçü deyir ki, yarmarkada olan satıcıların öz məhsullarını satdığına güvənmir:

“Daşkəsən balı almışam, gəzib baxacam görüm başqa nə ala bilirəm? Balı aldığım satıcını tanıyıram, bilirəm ki, öz məhsulunu satır, rayondan gətirir balı. Amma açıq deyim, çoxu məhsulları gedib “Vasmoy” bazarından alır, öz məhsulunu satan kəndli çox azdır. Marketə baxanda bura daha yaxşıdır, amma yenə qiymətlərdən razı deyiləm. Bazara görə bahalıqdır”.

İsmayıllıdan olan və qarşısındakı piştaxtaya mer-meyvə, çərəz, hətta turşu da düzmüş Rövşən Novruzov isə deyir ki, yarmarka daimi olsa, işləri daha yaxşı gedər:

“Yarmarka davamlı işləsə, daha yaxşı olar. Məsələn, yanvarda müəyyən qədər işlədik, sonra dayandıq. Fasilə olanda alver zəifləyir. Daha çox çərəz satılır, amma turşu, mürəbbə də satıram, onları da alanlar olur. Pip yarpağı da yaxşı satılır, bir kq-lıq bankada yarpağı 5 manata satıram, başqa yerlərdə belə ucuz olmur”.

Xaçmazın Yergüc kəndindən Cavad Ağammədov yarmarkada meyvə-tərəvəz satışı ilə məşğul olur. Dediyinə görə, satdığı meyvələrə çox aşağı qiymət qoyub, amma yenə də satış zəifdir:

“Alıcıda pul olsa, alver də yaxşı gedər. Hər meyvəyə tələbat var, qiymətlərdən narazılıq edən yoxdur. 50 qəpiyə üzüm satıram, alan yoxdur. Bundan aşağı qiymət olar?”.

Yarmarkada meyvə-tərəvəz, çərəzlərlə bərabər, ət məhsulları da təqdim olunur.  Sabirabaddan olan satıcı mal ətinin kiloqramını 12 manat 50 qəpiyə, qoyun ətini isə 13 manata satır. Balakəndən tutulan balıqları isə yarmarkada 6 manatdan 18 manatadək dəyişən qiymətlərlə almaq olar.

Qeyd edək ki, yarmarkada qabıqlı fındığı 6 manata, qabıqlı qozu 3-6 manata, qara qoz ləpəsini 4 manata, ağ qoz ləpəsini 15 manata, ağ kişmişi 6 manata, şabalıdı 8,50 qaysını 11 manata, alça qurusunu 7 manata, manata, qarğıdalını 2,80 manata, qarabaşağı 2,50 manata, lobyanı 5,50 manata, innabı 4-8 manata, armudu 1,50-3 manata, almanı 1,80-2,50 manata, xiyarı 2 manata, kivini 2, 80 manata, yumurtanı 0,30 manata, kartofu 1-1,10 manata, soğanı isə 1 manata almaq mümkündür.

Əzizə Zeynal

Fotolar:Anar Bayramlı

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Gallery image 23
Gallery image 24
Gallery image 25
Gallery image 26
Gallery image 27
Gallery image 28
Gallery image 29
Gallery image 30
Gallery image 31
Gallery image 32
Gallery image 33
Gallery image 34
Gallery image 35
Gallery image 36
Gallery image 37
Gallery image 38
Gallery image 39
Gallery image 40
Gallery image 41
Gallery image 42
Gallery image 43
Gallery image 44
Gallery image 45
Gallery image 46
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
Thumbnail 23
Thumbnail 24
Thumbnail 25
Thumbnail 26
Thumbnail 27
Thumbnail 28
Thumbnail 29
Thumbnail 30
Thumbnail 31
Thumbnail 32
Thumbnail 33
Thumbnail 34
Thumbnail 35
Thumbnail 36
Thumbnail 37
Thumbnail 38
Thumbnail 39
Thumbnail 40
Thumbnail 41
Thumbnail 42
Thumbnail 43
Thumbnail 44
Thumbnail 45
Thumbnail 46
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR