Hacı Şahin ateist yazara necə dəstək olub? – Aşqin Yenisey illərin sirrini açdı

Hacı Şahin ateist yazara necə dəstək olub? – Aşqin Yenisey illərin sirrini açdı

Tanınmış şair Aqşin Yenisey ötən gecə dünyasını dəyişmiş ilahiyyatçı Hacı Şahin Həsənli ilə bağlı maraqlı xatirəsini bölüşüb.

 

Sfera.az bildirir ki, o, hadisənin bir neçə il öncə yaşandığını qeyd edib. Gözlənilməz problemlə üzləşdiyini deyən Aqşin Yenisey onun köməyinə Hacı Şahinin çatdığını bildirib:

 

“Həm maddi, həm mənəvi təklikdə vurnuxurdum. Yaxın dostlardan biri ilə oturub dərdləşəndə dedi, bilirsən, sənə kim kömək edə bilər? Hacı Şahin! Nə danışırsan, məni hamı din tənqidçisi, ateist kimi tanıyır. Kim inancını, imanını tənqid edən adama kömək edər? Həm də heç vaxt üz-üzə gəlmədiyi, salam verib salam almadığı adama? Yanımda ona zəng etdi. Hacı Şahin adımı telefonda eşidən kimi heç bir səbəb soruşmadan cavab verdi ki, hardasınız?  On beş dəqiqədən sonra tanımadığımız bir adam öz avtomobili ilə Hacı Şahinin təmənnasız köməyini gətirib böyük ehtiramla bizə təqdim etdi və "yenə nəsə lazım olsa, xəbər edin" deyib çıxıb getdi”.

 

A.Yenisey ilahiyyatıçını “gizli dostu” adlandırıb:

 

“O vaxt Hacı Şahini ən azı, çevrəsinin qınağı ilə üz-üzə qoymamaq üçün bu əhvalatı yazmadım, heç kimə də danışmadım. Düşünürdüm ki, nə vaxtsa kitablarımda Tolstoyun "Sergi atası" kimi müsbət bir din xadimi obrazı yaratmaq istəsəm, bu adam Hacı Şahin olacaq. Mən Hacı Şahinin hansı ürək sahibi olduğunu çoxdan bilirdim. Təəssüf ki, bu cür ürəklər bu coğrafiyada nadirən döyünürlər və çox yaşamırlar. Səni unutmayacağam, əziz və gizli dostum!”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ - VİDEO

Son vaxtlar onlayn alış-veriş zamanı dələduzluq halları artmaqdadır. Xüsusilə geyim almaq istəyən alıcılar tez-tez aldadıldıqlarını bildirirlər.   Sf...

Dövlət Departamentindən amerikalılara çağırış: "Ayıq olun..."

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarını Yaxın Şərqdəki vəziyyət fonunda dünyada artan anti-Amerika əhval-ruhiyyəsi fonunda ayıq-sayıq olmağa çağırıb. &nb...

İrandakı hadisələr Azərbaycanda turizmə təsir edəcəkmi? - VİDEO

İran-İsrail münaqişəsinin iqtisadi fəsadları ən çox turizm sahəsində hiss olunur.   Sfera.az ATV-yə istinadən xəbər verir ki, hər iki ölkəyə uçuşlar ...

Bu ölkə vətəndaşlarını İsraildən çıxarır

Böyük Britaniya hökuməti İsraildən çıxmaq istəyən britaniyalılar üçün çarter reysi təşkil edir.   Sfera.az BBC-yə istinadla xəbər verir ki, Britaniya...

İran Prezidenti yaralılara baş çəkdi - VİDEO

İran Prezidenti Məsud Pezeşkian İsrailin hücumlarından sonra yaralanan sakinlərə baş çəkib.   Sfera.az xəbər verir ki, bu haqda İran KİV-də görü...

İran nüvə müqaviləsindən çıxa bilər

İran Məclisinin (birpalatalı parlament) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvlərinin əksəriyyəti ABŞ-ın bir gecədə İranın nüvə obyektlərinə zərb...