\"The Washington Times\" Papanın Bakı səfərindən yazdı

\

"The Washington Times” qəzetində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun "Roma Papasının tarixi səfəri” sərlövhəli məqaləsi dərc edilib.

Sfera.az AzərTac-a istinadən xəbər verir ki, məqalədə Roma Papası Fransiskin Azərbaycana bu yaxınlardakı səfərindən danışılır. Diplomat yazır ki, katolik kilsəsi başçısının vaxtilə keçmiş Sovet İttifaqının bir hissəsi olmuş Qafqaz regionuna səfəri özlüyündə əhəmiyyətlidir, lakin əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət dünyəvi dövlət olan Azərbaycana gəlməsinin dərin mənası var. O da diqqətəlayiqdir ki, bu, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonrakı 25 il ərzində Roma Papasının bu ölkəyə ikinci səfəridir: II İohann Pavel 2002-ci ildə Bakıya səfər etmişdi.

Məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev Roma Papasının səfərinə xüsusi önəm verərək onu "tarixi” səfər kimi səciyyələndirib. Azərbaycanın əsrlər boyu davam edən tolerantlıq ənənəsinə sadiq qaldığını bir daha bəyan edən Prezident, həmçinin vurğulayıb ki, ölkəmiz Qərb ilə Şərq arasında həm coğrafi, həm də mənəvi körpüdür. Bu fikir Azərbaycanda katolik, müsəlman, ortodoksal və yəhudi icmaları arasında mövcud olan səmimi münasibətlərdən sevincini ifadə edən Papa Fransiskin bəyanatında da əks olunub. Roma Papası Azərbaycana səfəri zamanı Bakıdakı Katolik Kilsəsində messa – dini mərasim keçirib, Heydər məscidinə gedərək orada Azərbaycanın müsəlman, yəhudi və xristian icmaları ilə görüşüb.

Daha sonra səfir yazır ki, Roma Papasının Azərbaycanda səmimi qəbul edilməsi radikalizmin və ekstremizm ideologiyasının inkar olunmasının əsasında duran təhsilin, ənənələrin və mədəni müxtəlifliyin rolunu göstərir. Təbii ki, digər əsas element ölkə rəhbərliyinin bu cür ənənələri davamlı olaraq dəstəkləməsidir.

Roma Papası yola düşməzdən öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəmanların dəfn olunduğu Şəhidlər xiyabanını ziyarət edib. O, burada Vətən uğrunda həyatını qurban vermiş müxtəlif millətlərə və dinlərə mənsub insanların məzarlarını görüb. "Bu, ölkənin mədəni müxtəlifliyini bir daha yada salır”, - deyə E.Süleymanov sonda vurğulayıb. 


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...