Bakıda 24 saat işləyən kitabxanalar niyə yoxdur? - Açıqlama

Bakıda 24 saat işləyən kitabxanalar niyə yoxdur? - Açıqlama

Xüsusilə işləyən gənclər paytaxtda 24 saat açıq olan kitabxanaların yoxluğundan narazılıq edirlər. Onlar bildirirlər ki, standart iş rejiminə uyğun, elmi işlər üzərində çalışmaq üçün şəhərdə normal məkan yoxdur, bir çox kitabxanaların çalışma salonları mövcud deyil. Hazırkı kitabxanalar isə həftəiçi saat 19:00 və ya 20:00-a qədər fəaliyyət göstərirlər. Gənclər isə məcburiyyət qarşısında kafelərdə və ya əyləncə üçün nəzərdə tutulmuş məkanlarda toplanırlar.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, gənclərin toplaşa, polemika apara, debatlar təşkil edə biləcəyi məkanların yaradılması istiqamətində ciddi düşünmək lazımdır:

 

“24 saat işləyən kitabxanalar, eləcə də konqres zalları, mərkəzlər olmalıdır. Belə yerlər olmadığı zaman gənclər əlbəttə ki, uyğun olmayan məkanlar seçməli olacaqlar. Biz zaman-zaman gənclərin ayrı-ayrı məkanlarda toplaşdığını, bəzən uyğun olmayan yerlərdə olduqlarını da görürük. Bu isə gənclərin tərbiyəsinə, mənəviyyatına ciddi təsir göstərir. Hazırda gənclər mərkəzləri var, hesab edirəm ki, nəzarət təmin olunmaqla, onlar da gənclərin üzünə açıq olmalıdır ki, vaxtlarını burada keçirə bilsinlər. Gənclərin mənfi istiqamətə, zərərli vərdişlərə yönəlməsinin əsas səbəblərindən biri də asudə vaxtın keçirilməsi üçün imkanların məhdud olması ilə bağlıdır”.

 

Millət vəkili qeyd edib ki, bəzən gənclər müxtəlif uçuq, yarım binalarda toplaşırlar:

 

“Bəzən isə kafe-restoranlarda bir araya gəlirlər. Amma hər kəsin də buna imkanı yoxdur. Ona görə düşünürəm ki, gənclərə dəstək olmaq üçün bu tip kitabxanalar, mərkəzlər açılmalıdır. Kitabxananın daxilində də həm gənclərin inkişafı, həm də biliklərinin artırılması üçün əlavə imkanlar olmalıdır. Biz bu layihələri daha geniş formada həyata keçirməliyik ki, gənclərimizi qoruyaq”.

 

Digər müsahibimiz təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib ki, hazırda ölkənin 51 ali təhsil müəssisəsində kitabxanalar fəaliyyət göstərir, amma kitabxana fondu birmənalı olaraq beynəlxalq standartlara tam cavab vermir:

 

“Onların müasir elmi tədqiqatlarla uyğunlaşması istiqamətində ciddi problemlər var. Nəzərə alsaq ki,təkcə  51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır, kitabxana fondunun həcmi buna adekvat deyil. Bu problemin aradan qaldırılması bütün kitabların elektron variantı olmalıdır ki, ən azından onlardan istifadə etməklə əlçatanlıq təmin olunsun. Bu, məsələnin bir tərəfidir.

 

Təəssüf ki, bütün ali təhsil müəssisələrində kitabxanalar iş saatından sonra açıq olmur, bu da tələbələrin inkişafına müəyyən qədər öz təsirini göstərir. Hesab edirəm ki, mütləq şəkildə universitetlərdə iş saatından sonra oxu zallarında ən azından ali və orta təhsil müəssisələrinin bir kitabxanası saat 11-12-yə qədər fəaliyyət göstərə biləcək “book cafe”lərə çevrilməlidir. Yəni tələbələr dərs və ya işdən sonra rahatlıqla bu imkandan yararlanmalıdır. Bu gün Azərbaycanda 24 saat açıq olan və ya axşam saatlarında işləyən kitabxana yoxdur. Bu isə yaxşı hal deyil. Hər bir ali təhsil müəssisəsi və ya bir neçə ixtisas üzrə kadr hazırlayan ali məktəblər müəyyən mərkəzlər, ərazilərdə məhz gecə saatlarına qədər fəaliyyət göstərə bilən kitabxana imkanı təşkil etməlidirlər. Bu, təhsilin inkişafı üçün mütəxəssis hazırlığına öz müsbət təsirini göstərəcək”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Ələt-Astara yolunda əməliyyat: saxlanılan var

Polis əməkdaşlarının Ələt-Astara magistral yolunda həyata keçirdikləri əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhk...

Əhali pulunu nəyə xərcləyir? Rəqəmlər

2024-cü ildə Azərbaycanda yaşayan əhali istehlak məqsədilə ay ərzində adambaşına 364 manat pul xərcləyib.  Sfera.az rəsmi dövlət statistikasına istina...

Nə üçün deputatlara giriş-çıxış qadağası qoyulur? - ARAŞDIRMA

Məlum olduğu kimi, Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ild...

“Məzahir Pənahov çox tərbiyəsiz bir oğul böyüdüb”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ABŞ-də yaşayan oğlu Məhəmməd Pənahovun həyat yoldaşına verdiyi işgəncələrdən Bakıya qaçması...

Bu kişilər 65 yaşından tez pensiyaya ÇIXACAQ

Azərbaycan qanunvericiliyinə görə 5 uşağı olan analar 5 il tez pensiyaya çıxa bilər. Amma nəzərə alaq ki, uşaqların böyüdülməsində və tərbiyə olunmasında a...

Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədovun (Vaqifoğlu) apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. ...