Atı atın yanına bağlayanda həmxasiyyət olur? - Çiplənən dostlarımızla bağlı REPORTAJ 

Atı atın yanına bağlayanda həmxasiyyət olur? - Çiplənən dostlarımızla bağlı REPORTAJ 

Hələ qədim dövrlərdən at babalarımızın ən yaxın dostu, yol yoldaşı olub. Təsadüfi deyil ki, buna görə “İgid odur, atdan düşə atlana, igid odur, hər əzaba qatlana”, “At bəslənirkən, qız istənirkən”, “At olmasa, yol olmaz, dil olmasa, el olmaz” kimi atalar sözləri günümüzün əzbəridir. 

 

Lakin minik vasitəsi kimi gündəlik həyatda mühüm yer tutmuş atları indi isə daha çox yarış meydanlarında görürük.

 

Sfera.az insanların “qədim dostu” barədə olan reportajı təqdim edir:

 

 

Atlarda toxluq hissi yoxdur, nə qədər desən, o qədər də yemək yeyə bilərlər…


Atlar barədə ətraflı məlumat almaq üçün “Cıdır Atçılıq Mərkəzi”nə üz tutduq. Əvvəla maraqlı məqam kimi onu qeyd edim ki, atların saxlanıldığı tövləyə daxil olanda insanı kəskin qoxu vurur. Lakin bir neçə dəqiqə sonra qoxuya alışırsan və bu, səni heç az da olsa, narahat etmir.

 

 

Tövləyə girəndə sakitlik olsa da, atlar səsimizi eşidən kimi bir-bir saxlandıqları yerdən başlarını çıxardılar. Onlara yaxınlaşanda gərək qorxduğunu bəlli etməyəsən, yoxsa ani hərəkətlər edə, səni daha da qorxuda bilirlər. Buna görə də atlara sevgi hissini və sakitliyi ötürmək lazımdır. Yəqin buna görə onlarla anlaşmaq mənə çətin olmadı. Demək olar ki, bütün atlara yaxınlaşdım və hansısa yemək uzatdımsa, o dəqiqə acgözlüklə qəbul etdi. Məndə heyvanların ac olması düşüncəsi yaransa da, orada olan mütəxəssislər bildirdi ki, sən demə, atlarda toxluq hissi olmurmuş. Yəni onlara nə qədər qida uzatsan, hamısını qəbul edəcəklər.

 

 

Belə məqamda ağlıma gəldi ki, atlarla uzun məsafəyə çıxmaq da çətin olar…

 

Atlar haqqında bizə uzun illərdir ki, atçılıqla məşğul olan Şəmsəddin Atayev məlumat verdi. Müsahibimizin sözlərinə görə, dünyada at cinsi çox olsa da, Azərbaycanda yalnız iki cins mövcuddur:

 

 


Dünyada 160-dan  çox at cinsi var, lakin Azərbaycanda cəmi iki növ mövcuddur. Onlardan biri Qarabağda yetişən “Qarabağ” cinsi, biri də Qazaxda yetişən “Dilboz” cinsidir. Ona görə mən atları tövlədə saxlayarkən çalışıram ki, bu yerli iki cins həmişə yan-yana dayansın. Amma ümumilikdə ərəb, ingilis atları da varımızdır”. 

 

Aylıq 12 dərsin qiyməti minimum 150 manatdan başlayır. Hər tələbəylə isə 40-45 dəqiqə məşğul olunur. 

 

“At sürməyi öyrənmək istəyən uşaqları isə məktəbimizə 10 yaşdan qəbul edirik. At sürməyi öyrənmək üçün davamlılıq şərtdir. Əgər davamlılıq olarsa, bir ilə at sürməyi, onu saxlamağı da öyrənmək olar. Atı minə bilmək hələ tam iş deyil. Bu heyvanla ünsiyyət qurmağı bacarmasan, yanında belə dayana bilməzsən”.  

 

 

Kənd yerlərində istifadə olunan minik atları ilə cins atların yaşlılıq müddəti də eyni deyilmiş. Cins atları yaşlandıqdan sonra minməyə icazə verilmir:

 

“Atın iki yaşı olandan sonra ona minik üçün icazə verilir. Yaşlanmış atları minik üçün istifadə etmirik. Kənd yerlərində at nə qədər yaşayırsa, ondan minik kimi istifadə edirlər. Lakin cins atların yarış müddəti qurtardıqdan sonra isə onlar cütləşdirmə üçün istifadə olunur
Atları gündə 3 dəfə yemləyirik, lakin arada meyvə, qənd kimi qidalar da qəbul edirlər”. 

 

Atı uzun müddət “dincə qoymaq olmaz, yoxsa”….

 

 

“Atı ram etmək çətin iş deyil. O atı ram etmək çətin olur ki, onunla əvvəldən ünsiyyətdə olmursan, başqa şəraitdə böyüyür. Lakin balacalıqdan təmasda olduğun atı idarə etmək çətin olmur, onlar dəlilik etmirlər. Yəni çöldə böyüyən atla özün böyütdüyün at arasındakı əsas fərq budur. At uzun müddət yatılı vəziyyətdə qalarsa, o zaman onu birdən-birə ağır məşq rejiminə çıxarmaq, uzun məsafəyə sürmək olmaz. Gərək həmin atla ilkin olaraq qısa məsafələrlə yürüş edəsən”. 

 

"Çiplənən atlar"...

 

“Atlar çox duyğusal heyvanlardır. Məsələn, atla yola çıxsanız o, qarşıdakı təhlükəni kilometrcə əvvəl hiss edir və getmək istəmir, dirənir. Amma ataların bir məsəli var ki, “at özünün düşmənidir”. Yəni atı kim minsə, at onundur. Əgər bu heyvanı başlı-başına buraxsan, digər ev heyvanları kimi gəlib öz tövləsinə girməyəcək. Amma bizim mərkəzdə atların itmə təhlükəsi yoxdur, onların hamısında "çip" var”. 

 

 

Atı atın yanına bağlayanda həmxasiyyət olur, yoxsa?...

 

Ərazidə məşqçi kimi fəaliyyət göstərən Rəşad Atayev bu sualımıza cavab olaraq bildirdi ki, bu məsəl reallığa tam da uyğun deyil:

 

“Biz iki iki erkək atı bir-birinin yanına bağlamırıq, çünki hər zaman özlərini sübut etmək üçün dalaşırlar və üstün tərəf də olmur. Lakin iki dişi atı yan-yana bağlayandan biri özünü göstərmək üçün çalışır və özünü sübut edəndən sonra dalaşmırlar. Ümumilikdə isə çalışırıq ki, atları bir dişi, bir erkək olmaqla yan-yana bağlayaq”.

 

 

 

Atlar xüsusi qulluq tələb edən heyvanlardır. Müsahibimiz bildirdi ki, atların 45 gündən bir nalı dəyişir, quyruqları və saçları uzananda hökmən kəsmək lazımdır. Lakin bu heyvanları qışda çimizdirmək olmaz, əks halda xəstə ola bilərlər. Yay fəslində isə atları hər məşqdən sonra çimizdirmək lazımdır. 

 

 

 

Son olaraq qeyd edim ki, “Cıdır Atçılıq Mərkəzi”ndə atla 15-20 dəqiqə gəzmək üçün 20 manat ödəməlisiniz. Gəzinti zamanı sizi mərkəzin işçiləri müşayiət edir. 

 

Əzizə Zeynal 

 

Fotolar: Anar Bayramlı 

 

 

 


OXŞAR XƏBƏRLƏR

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...

Azərbaycanda tələbə faciəli şəkildə öldü

Bu gün saat 12 radələrində Ağdaş şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Murad Əsədov idarə et...

Ələkbər həmin qətldən DANIŞDI: Rəşadı onlara görə bağışlayıb - VİDEO

"Baku" TV-nin "Arzunun vaxtı" verilişində bu dəfə müəllif və aparıcı Arzu Kəlbi meyxana ustası Ələkbər Yasamallının evində olub.   ...

Yəmən yanır: İsrail və ABŞ Husilərin hədəflərinə güclü hava zərbələri endiriblər - FOTO

ABŞ aviasiyası Sanada husilərin hədəflərinə zərbələr endirib.   Sfera.az bildirir ki, ABŞ-ın yüksək rütbəli rəsmisi İsrailin ABŞ ilə birlikdə Yəmənə hü...