Qripin müalicəsi ilə bağlı doğru bilinən YANLIŞLAR: Spirtli içki, sarımsaq...

Qripin müalicəsi ilə bağlı doğru bilinən YANLIŞLAR: Spirtli içki, sarımsaq...

“Qrip, soyuqdəymə əlamətləri olan şəxslərin etdiyi üç yanlış müalicə üsulu var”.

 

Sfera.az bildirir ki, bunu anestezioloq-reanimatoloq, həkim Şahin Məmmədov deyib.

 

Onun sözlərinə görə, bunlardan biri saunaya getməkdir:

 

“Bununla həmin şəxslər oradakı digər insanlara virusu yoluxdurur,  digər tərəfdən su itirməklə sağalmanı gecikdirir. Saunanın ümumi soyuqdəymə əlamətlərini azaltması, sağalma müddətini tezləşdirməsi heç bir tədqiqatda sübuta yetirilməyib. Ora başqa vaxtlar getmək isə orqanizmə faydalıdır.

 

Digər yanlış üsullardan biri də soğan-sarımsaqdan istifadə etməkdir. Bunlar faydalı qidalardır, amma onlara güvənib qripi ağır keçirəcəyi proqnozlaşdırılan insanların düzgün qabaqlayıcı tədbirlərini gecikdirmək olmaz. Çünkü onların virus əleyhinə heç bir təsiri yoxdur. Qrip vaxtı sarımsaq-soğan yeməyin əhəmiyyəti ondan ibarətdir ki, həmin şəxs camaatdan uzaq gəzir və ya əksinə. Nəticədə yoluxma azalır”.

 

Mütəxəssis qeyd edib ki, digər yanlış üsullardan biri də spirtli içkilərdən istifadədir:

 

“Bu, geniş yayılmış mifdir. Qrip virusu təkcə ağızda, boğazda deyil ki, onu dezinfeksiya edə biləsiniz. Eyni zamanda 40 faizli spirt nəinki virusu, heç nəyi öldürmür. Əksinə, sidikqovucudur, su itkisi verir, sağalmanı gecikdirir. Spirtli içkilər qaraciyərdə zülal sintezini tormozlayır. Bu da immunitetə böyük zərbə vurur. Bu cür içkilərdən insana ancaq zərər gələ bilər”.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR

Əməkdar artisti vəfat etdi - FOTO

Naxçıvanın Əməkdar artisti vəfat edib.   Sfera.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Axundov Zöhrab Kəndli oğlu vəfat ed...

Azərbaycanda Qurban bayramı qeyd olunur

Azərbaycanda Qurban bayramı qeyd olunur.   Sfera.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən bu il iyunun 6, 7-si Qurban bayramı gün...

Regionların sosial-iqtisadi inkişafında İsmayıllı modeli - Müasirləşən qədim yurd

Azərbaycanın ən sürətlə inkişaf edən bölgələrindən biri olan İsmayıllı rayonu, paytaxt Bakıdan təxminən 185–200 km məsafədə yerləşir. Rayonun tərkibinə 1 ...

Tramp-Mask gərginliyi fonunda “Tesla” səhmləri ucuzlaşdı

İyunun 5-də Amerikanın “Tesla” şirkətinin səhmləri onun icraçı direktoru, milyarder İlon Mask və ABŞ Prezidenti Donald Tramp arasında gərginlik səbə...

DİN gücləndirilmiş iş rejiminə keçdi

Daxili İşlər Nazirliyi (DİN) Qurban bayramı ilə bağlı vətəndaşlara növbəti müraciət ünvanlayıb.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat X...

TƏBİB-dən döyüldükdən sonra ölən Qəmbərlə bağlı AÇIQLAMA

İyunun 3-də saat 12:40 radələrində 1984-cü il təvəllüdlü (kişi cinsli) şəxs arterial hipertenziya diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tib...