Azərbaycanda dərmanlar qonşu ölkələrdən niyə dəfələrlə bahadır? - Açıqlama

Azərbaycanda dərmanlar qonşu ölkələrdən niyə dəfələrlə bahadır? - Açıqlama

Dərman preparatlarının bahalığı müxtəlif səviyyələrdə müzakirələrə və etirazlara səbəb olmaqdadır. Sosial mediada əksəriyyət ölkədə bir sıra dərmanların qonşu ölkələrlə müqayisədə iki-üç dəfə baha olduğunu vurğulayır.

Bəs, Azərbaycanda dərman qiymətləri niyə bu qədər bahadır?

 

Sfera.az bildirir ki, mövzuyla bağlı fikirlərini bölüşən tibb elmləri doktoru, professor Musa Qəniyev deyib ki, ümumiyyətlə, dünyada öz tələbatını qarşılayacaq qədər dərman preparatı istehsal edən ölkə yoxdur:

 

“Bu cəhətdən qibtə ediləsi yeganə ölkə Yaponiyadır - o da təlabatını yalnız 80% təmin edir. ABŞ təlabatının 45%, Latın Amerikası ölkələri birlikdə 20%, Afrika ölkələri isə 10%-i qədər dərman preparatı istehsal edir. Rusiya öz xammalı hesabına, təlabatının yalnız 10%-i qədər dərman preparatı istehsal edir. Bəzi istisnalar nəzərə alınmasa, əksər ölkələrdə öz xammalı hesabına dərman istehsalı yoxdur və ya çox kiçik faiz nisbətindədir. Odur ki, dərman idxalı, tək Azərbaycan üçün deyil, bütün dövlətlər üçün qaçılmazdır”.

 

“Azərbaycan dərman istehsal etməli, buna görə zavodlar tikilməli, dövlət bu məsələyə xüsusi diqqət göstərməlidir”, deyənlər həqiqəti də bilməlidir.  Belə zavodlar tikilsə belə dərmanların hazırlanması üçün substansiyalar xaricdən gətirilməlidir. Substansiyaların alınma və daşınma xərcləri nəzərə alınarsa, bu halda, dərman preparatlarının qiymətinin aşağı olacağını düşünmək mənasızdır”.

 

Mütəxəssis qeyd edib ki, dərmanların satış qiymətin fantastik olması, rəqabət bazarında inhisarlıq, cəzasızlıq dövlət nəzarətinin zəif və oliqarx faktorunun hegemonluğu ilə əlaqədardır:

 

“Nəticədə dərmanların topdan və ya pərakəndə satış qiyməti, real maya dəyərini dəfələrlə üstələyir. Maddi maraq prinsipinə görə, ixracçı və idxalçı arasındakı müqavilələrdə bir qayda olaraq şişirdilmiş qiymətlər göstərilir. Nəticədə hər iki tərəf məlum faiz əlavələri nisbətində deyil, dəfələrlə artıq “çirkin gəlir” götürür.  Uduzan, dərman ala bilməyən isə yenə zəhmətkeş xalq kütləsi olur. Yeganə çıxış yolu dərman və qida əlavələri idxalına dövlətin elmə əsaslanan sərt nəzarətinin təmin olunması, dərmanların topdan və pərakəndə satış qiymətinin vahid mexanizmlə tənzimlənməsidir. Bu hal həm də ölkə büdcəsinə milyonlarla dollar gəlir gətirə bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...