\"Xalqa xidmət anlayışları...\" - Tural Abbaslıdan deputatın qalmaqallı \"Bakkuş\" açıqlamasına REAKSİYA

\

Deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bir neçə gün öncə keçirilən iclasında supermarketlərdən şikayətlənib. Deputat hazırda supermarketlərdə fırıldaqçılığın baş alıb getdiyini qeyd edərək “Vitrində “bakkuş”un qiyməti 1 manat 50 qəpik yazılır, kassada qiymət 1 manat 95 qəpik olur. Ay balam, bu “bakkuş” kassaya qədər yolda necə 45 qəpik artdı?! Supermarketlərdə belə hallara nəzarəti artırmaq lazımdır” deyib.

 

Bundan başqa deputatın işlətdiyi “bakkuş 1 manat 50 qəpikdir, onu götürürsən ki, yetim-yesirə, uşaqlara verəsən” ifadəsi diqqət çəkib.


 

Mövzu ilə bağlı Sfera.az-a danışan Ağ partiyanın sədri Tural Abbaslı bildirdi ki, əslində Rüfət Quliyevin qaldırdığı məsələ ciddi və aktualdır: 

 


“Bir çox hallarda marketlərdə belə özbaşınalıqlar olur. Yəni məhsulun vitrindəki qiyməti ilə kassadakı qiymətinin eyni olmadığını görürük. Hətta aylıq alış-veriş edərkən məhsul çox alındığı üçün əksər insanlar fikir vermir, lakin sonradan ödəmə qəbzində almadığın məhsula dair də ödənişin edildiyinin şahidi olursan. Bu mənada məsələnin deputat tərəfindən qaldırılması müsbət haldır. Hansısa millət vəkilinin aktual məsələdən danışmaq qərarına gəlməsi sevindirici haldır”. 


T. Abbaslı qeyd etdi ki, Rüfət Quliyevin hansısa marketə gedib oradan "bakkuş" aldığını və aldadıldığını düşünmür:


"Bu, inandırıcı deyil. Yəqin ki, kimsə onun yanında belə bir hadisəni danışıb və o da buna əsasən, həmin çıxışı edib. O ki qaldı deputatın qeyd etdiyi “bakkuş 1 manat 50 qəpikdir, onu götürürsən ki, yetim-yesirə, uşaqlara verəsən” ifadəsinə, hesab edirəm bu, düşündürücü məsələdir. Yəni deputat yetim-yesirə bakkuş paylamaz. Deputat yetim-yesir dediyi insanların vəziyyətini yaxşılaşdırmaq üçün çalışar. Bunun üçün isə ilk növbədə normal qanunlar qəbul edib, sosial istiqamətdə təkliflər verməlidir. Hesab edirəm ki, deputatın işlətdiyi ifadə həm də bizim millət vəkillərinin xalqa xidmət anlayışının hansı səviyyədə olduğunun göstəricisidir”.


Turan Rzayev,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

8-ci sinif şagirdi vəfat etdi- FOTO

Bərdədə məktəbli qız vəfat edib.   Sfera.az xəbər verir ki, rayonun Yeni Əyricə kənd orta məktəbinin 8-ci sinif şagirdi Fatimə Ağazadə ötən gün dünya...

10 həftəlik körpə dağdan 50 metr yuvarlanıb sağ qaldı

 Avstriyada Alp dağlarında yamacdan 50 metr aşağı yıxılan körpə uşaq arabasından düşərək sağ qalıb.   Sfera.az "Bild"ə istinadən xəbər...

BDYPİ sürücülərə növbəti dəfə xəbərdarlıq edib

Sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi bir sıra hallarda ağır faciələrə səbəb olur.   Baş Dövlət Yol...

"Birbank Biznes"in dəstəklədiyi "She’s Next" təşəbbüsünün qalibləri müəyyənləşdi

Qadın sahibkarlığının inkişafına yönələn “She’s Next Empowered by Visa” qlobal təşəbbüsünün Azərbaycanda həyata keçirilən üçüncü dalğası yekun...

Bəzi rayonlara leysan yağdı

Saat 10:00-a olan məlumata görə əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakte...

ABŞ İranla buna görə danışıq aparmaq istəyir - BƏYANAT

İran parlamentinin üzvləri ABŞ-lə nüvə danışıqlarının bərpası üçün ilkin şərtlərin irəli sürülməsini tələb ediblər.    Sfera.az bu barədə &...