“Mən Orxanın əlini sıxıb, hallalıq verib getdim” - Tahir Əmiraslanov

“Mən Orxanın əlini sıxıb, hallalıq verib getdim” - Tahir Əmiraslanov

“Son aylar bir sıra adamlar bilmədən, bəzi alçaq, murdar düşüncəlilər isə qəsdən haqqımda müxtəlif şaiyələr uydururlar”.

Sfera.az bildirir ki, bunu Milli Kulinariya Mərkəzinin keçmiş baş direktoru Tahir Əmiraslanov deyib. O qeyd edib ki, Milli Kulinariya Mərkəzi o yaradana qədər heç bir dövlətdə yox idi:

“1991-1997-ci illərdə dövlətin pulu olmayanda işçilərin maaşı, ezamiyyələri, ofis xərclərini şəxsi və dostlarımın vəsaiti hesabına ödədim. Bu vəzifədən məni çıxartdılar , amma bu, tragediya deyil. Mən Orxanın (Fikrətoğlu) əlini sıxdım, qucaqladım, uğur arzuladım və halallıq verib getdim. Heç kəsdən inciyib küsməmişəm. Adam doğmalarından küsər. Kitab yandırmağıma gələndə bu qətiyyən kitab oxumayanların işi deyil. Mən öz şəxsi pulumla aldığım kitabxananı 31 il mərkəzin istifadəsinə verdim. Bu, mənim şəxsi əmlakımdır. İndi kitab oxuyanları barmaqla saymaq olar. Kitab oxumayana kitab vermək yandırmaqdan betərdi. Kitablarım əksər kitabxanalarda, təhsil müəssisələrində, alimlərdə, lazım olan istifadə edən hər kəsdə var”.

T.Əmiraslanov dövlətdən özü və ailəsi üçün maddi heç nə istəmədiyini vurğulayıb: “Dövlətimə, millətimə sevgim və sədaqətim qəlbimdən, irsimdən, qanımdan gəlir - mədəmdən, madiyyatdan yox”.

Türkan


OXŞAR XƏBƏRLƏR

Zirəddinin 7 il öncəki ŞOK proqnozu: “Rəisi də buna görə ölmüş ola bilər”

İsrailin “Hizbullah”a qarşı Livanda keçirdiyi peycer əməliyyatı bütün dünyada təəccüblə qarşılanıb.   Baş verən partlayışlardan sonra tan...

Blinken İlham Əliyevi təbrik etdi

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktub ünvanlayıb.   Sfera.az xəbər verir ki, m...

İcra hakimiyyətində ƏMƏLİYYAT - Vəzifəli şəxslər SAXLANILDILAR

Ağsu Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.   Sfera.az-ın xəbərə görə, hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatın icra hakimiy...

Xankəndidə illər sonra ilk toy - FOTOLAR

Xankəndi şəhərində illər sonra ilk toy mərasimi keçiriləcək.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu gün tanınmış jurnalist Kərim Kərimli...

“Keşikçidağ"da elmi arxeoloji qazıntılar zamanı xeyli nümunələr aşkarlanıb -FOTO

Cari ilin 25 avqust-05 oktyabr 2024-cü il tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxe...

Yerin müvəqqəti peyki planetimizə yaxınlaşmaqdadır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   N.Tusi adına Şamaxı Astrof...