Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - İŞ YERLƏRİ açıqlandı

Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - İŞ YERLƏRİ açıqlandı

Qarabağ üzrə Dövlət Məşğulluq Mərkəzlərində işsiz və iş axtaranlara təklif olunan müxtəlif məvacibli işlərin siyahısı vətəndaşlarda böyük maraq doğurur.

 

Sfera.az xəbər verir ki, bu məqsədlə baku.ws Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə sorğu göndərib.

 

Sorğu zamanı hazırda vətəndaşlara müxtəlif məvacibli işlərin təklif edildiyi üzə çıxıb.

 

İş axtaran hər kəs e-sosial.az portalı üzərindən Məşğulluq Alt Sisteminə daxil olaraq işsiz və iş axtaran kimi öz qeydiyyatını apara bilərlər.

 

Hazırda Məşğulluq Alt Sistemindəki vakansiya bankında işğaldan azad olunan ərazilər üzrə aktiv vakansiya və iş imkanı mövcuddur.

 

Vakansiyalar üzrə əmək haqqı işə götürən tərəfindən müəyyən edilir.

 

Qeyd edək ki, Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Kəlbəcər, Şuşa və Xocavənd rayonları üzrə vakansiyalar Məşğulluq Alt Sisteminə yerləşdirilib.

 

İnternetə çıxışı olmayan və elektron platformadan istifadə etməyi bacarmayan vətəndaşlar öz əraziləri üzrə məşğulluq filiallarına yaxınlaşaraq vakansiyalar barədə məlumat əldə edə bilərlər.


OXŞAR XƏBƏRLƏR

Azərbaycandakı şirkət Avropa İttifaqının sanksiyasına məruz qalıb

Avropa İttifaqının Rusiyaya qarşı 18-ci sanksiyalar paketi qüvvəyə minib.   Sfera.az bu barədə Avropa İttifaqının rəsmi jurnalına istinadən xəbər ve...

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya arasında davam edən gərginliyə son qoymaq məqsədilə tərəflər atəşkəs razılaşmasına gəliblər.  Sfera.az xəbər verir ki, bu barədə ABŞ-...

Ermənilər Ağdamda qəbirlərdən protezləri oğurlayıblar - FOTO

Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti altında Ağdam şəhərindəki İmarət kompleksində 2023-cü ilin mart ayından başlayaraq dayanmadan arxeoloji tədqiqatl...

FHN çimərliklərlə bağlı əhaliyə müraciət edib - VİDEO

Kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşlar tərəfindən çimərliklərdə təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur....

48 yaşlı qadın kanalda batdı

Füzulidə 48 yaşlı qadın kanalda batıb.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Baş Mil Kanalının rayonun İkinci Mahmudlu kəndi ərazisi...

Borcunu qaytarmayan 36 nəfər saxlanıldı

İyulun 18-də ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Sfera....