Logo

İstedadları, zəhmətləri ilə pul qazanan Bakının küçə musiqiçiləri -   FOTOREPORTAJ

İstedadları, zəhmətləri ilə pul qazanan Bakının k üçə musiqiçiləri - FOTOREPORTAJ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Demək olar ki, dünyanın hər yerində, əsasən böyük şəhərlərdə küçə musiqiçilərini görə bilərik. İstedadları, zəhmətləri ilə pul qazanan bu adamlar həm də şəhərə ayrıca gözəllik qatır, monotonluğu aradan qaldırır, insanların gününü rəngarəng edə bilir. Bəzi ölkələrdə hətta küçə musiqiçilərinin festivalları da keçirilir.

Bakıda da vətəndaşlar müəyyən yerlərdə bu şəxslərlə qarşılaşa bilirlər. Onların bir qismi küçələrdə gitara, bir qismi qarmon, kamança və başqa alətlərdə ifa edirlər. Hətta aralarında artıq məşhurlaşanlar, sosial mediada müzakirə obyektinə çevrilənlər də var.

Küçə musiqiçilərinin yaranma tarixi ilə bağlı kiçik xatırlatma

Tarixdə ilk dəfə küçə musiqisinin təbliğatçıları Hindistandan dünyaya səpələnən qaraçılar olub.  19-cu əsrdən etibarən Amerikaya gələn miqrant axınının fonunda, Amerikada küçə musiqiçiləri çoxaldı və küçə musiqisi dəb halını almağa başladı. Orqan isə küçə musiqiçilərinin ən sevimli alətlərinə çevrildi. Təsadüfü deyil ki, orqan bir musiqi aləti kimi populyarlığını məhz küçədə qazanıb. Amerikada inkişaf etməyə başlayan küçə musiqisi, dünyaya iki böyük sənətkar - Vudi Qatri və Joan Baezi qazandırıb. Məhz onlar Amerika xalq musiqisini nəinki bu ölkədə, bütün dünyada məhşurlaşdırıblar.

Dünyada Oskar və Gremi mükafatı almış, milyonlarca albomları satılmış, bu gün konsertlərinə bilet tapa bilmədiyimiz bir çox əfsanəvi musiqiçilərin yetişməsinə də küçələrdə ifa olunan mahnılar böyük təkan verib. Əfsanəvi Edit Piaf, Bob Dlan, Carlos Santana, Joni Mitchell, Joan Boez küçə musiqisindən böyük sənətə gedən yolda tanınmış sənətçilərdir.

Yaxşı bir küçə musiqisinin üstünlüyü

Yaxşı bir küçə musiqisinin bir şəhərin mədəniyyət, turizm və iqtisadiyyatı ilə əlaqələnməsi, bu sahələrin inkişafına müsbət təsir edə bilər. Musiqimizdən xəbərsiz olan turistlərin şəhərimizdə diqqətini cəlb edən əsas məqamlardan biri də, məhz küçə musiqisidir. Azərbaycan milli musiqi alətlərində səslənən musiqilərimizin sədasının yaratdığı fərqli akustikadan heç bir turist yan keçə bilməz. Bu baxımdan, küçə musiqilərində milli alətlərimizin uğurlu ifası birbaşa olaraq məddəniyyətimizin təbliğinə xidmət edir.

Turistlər üçün tar, kamança, balabanın ifasında səslənən bir musiqi, gitarada səslənən bir musiqidən daha maraqlı və ecazskardır.

Milli musiqimizin və musiqi alətlərimizin küçə musiqisində uğurlu təbliği Bakımıza turist axınını gücləndirən başlıca səbəblərdən biri ola bilər. Bu isə birbaşa olaraq şəhərimizin iqtisadi durumunun güclənməsinə gətirib çıxara bilər.

Sfera.az küçə musiqiçiləri ilə bağlı fotoreportajı təqdim edir.

Türkan

FOTOLAR: Anar Bayramlı

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Gallery image 23
Gallery image 24
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
Thumbnail 23
Thumbnail 24
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR