Azərbaycanda halal turizm, standartlar nədir və proses necə təşkil olunacaq? - AÇIQLAMA

Azərbaycanda halal turizm, standartlar nədir və proses necə təşkil olunacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hissein Brahim Tahan halal turizmə sərmayə qoymaqla bağlı investorlara çağırış edib.

Maraqlıdır, halal turizm dedikdə nə nəzərdə tutulur? Azərbaycanda halal turizmin inkişafı üçün şərait varmı?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov halal turizmə daxil olan elementlərdən danışıb. O, bura halal qidalanmanın aid olduğunu da deyib:

 

“Halal turizm islam ölkələrinin müəyyən məsələlərlə bağlı standartlarının işlənib hazırlanmasıdır. Burada söhbət halal turizmin bir neçə predmetindən - halal qonaqlama, halal qidalanma və digər amillərdən gedir. Bütün bunlar ölkələrin yerli standarlatına uyğunlaşdırılması istiqamətində baş verir. Bəzi hallarda bu, müəssisənin özəl təşəbüsü ola bilər. Eyni zamanda dövlətin də bununla bağlı qoyduğu konkret standart olur. Həmin standartlar qəbul olunarkən ölkə qanunvericiliyi də nəzərə alınmalıdır. Azərbaycanda da bununla bağlı təşəbbüslər var və standartların hazırlanması üzərində iş gedir. Halal turizmə maraqlı olan və bu istiqamətdə çalışmaq istəyən turizm müəssisələri də var. Amma hələlik ölkə qanunvericiliyində ayrıca olaraq belə satandartın işlənib hazırlanması ilkin olaraq yekunlaşmayıb, təsdiqlənməsi baş verməyib. Bütün hallarda biz halal turizmə maraqlıyıq. Çünki həmin ölkələrdən gələn turistlərin gözləntiləri də bu yöndəndir. İslam ölkəsi olaraq təbii ki, bizdə əksər hallarda xidmətlər halal şəkildə təqdim olunur. Amma bunun standart formada təqdim olunması bir qədər milli qanunvericilyə uyğunlaşdırılmalıdır”,- deyə K.Qasımov əlavə edib.

 

Aparat rəhbəri bu gün üçün Azərbaycana prioritet olan islam ölkələrindən halal nişanın olması ilə bağlı ciddi təşəbbüs olmadığını da sözlərinə əlavə edib:

 

“Amma o ölkələrdə müəyyən insanlar var ki, məhz belə müəssisələrə üstünlük verir. Sadəcə olaraq, ölkə qanunvericiliyi, həm də ümumi yanaşmalar arasında uyğunluq tapmaq lazımdır. Onun üzərində də iş də gedir ki, ziddiyyət olmasın”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR