Azərbaycanda 22 milyonluq xidmət LƏĞV EDİLDİ

Azərbaycanda 22 milyonluq xidmət LƏĞV EDİLDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC “107” xidmətinin fəaliyyətini iyulun 6-dan sonra dayandıracaq.

 

MMC-dən Sfera.az-a verilən məlumata əsasən, xidmətin dayandırılmasına səbəb onun aktual olmaması və sifarişçi sayının nəzərəçarpacaq dərəcədə azalması göstərilir.

 

Qeyd olunub ki, stasionar telefon vasitəsilə ölkədaxili, mobil və beynəlxalq danışıq xidmətlərindən istifadə etmək üçün sadəcə “sıfır” kodunun aktiv olması kifayət edir.

 

Bildirilib ki, abunəçilər “Sıfır” kodunu aktivləşdirmək üçün ərizə ilə yaşadıqları ünvan üzrə müvafiq telekommunikasiya qovşağına müraciət edə bilərlər.

 

Xatırladaq ki, "Aztelekom" 1996-cı ildən fəaliyyət göstərən eyni adlı İstehsalat Birliyinin bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 22,525 milyon manatdır. Milli rabitə operatoru olan şirkət fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif xidmətlər göstərir.


OXŞAR XƏBƏRLƏR

Fillər çox qəribə salamlaşma növü: Sevindiklərindən belə edirlər - VİDEO

İnsanların salam verməsinin müxtəlif sayda: əl yelləmək, əl sıxmaq, qucaqlamaq, öpmək, yumruq toqquşdurmaq, salam demək və ya bunların hər hansı birinin birləşm...

Qalmaqallarda hallanan “kişilər üçün jurnal” fəaliyyətini bərpa edir

Son çap nüsxəsinin nəşrindən doqquz il sonra, “Loaded” kişi jurnalı Britaniyada yenidən buraxılmağa hazırlaşır.  Sfera.az bildirir ki, &ld...

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Müğənni Ancelina Coli iki kişi ilə sevgilidir - bəstəkar Castin Levin və reper Akala (əsl adı Kingsley James McLean Daley). Sfera.az xəbər verir ki, bu barəd...

Rusiyada ilk transgender siyasətçi yenidən cinsiyyət dəyişdirir

Rusiyanın Altay regionundan olan ilk transseksual siyasətçisi tərs keçid edərək, bütün rus xalqından bağışlanmasını istəyib. Yuliya Aleşina yenidən Roman Aleşin...

Tayvanda parlament iclasında kütləvi dava - VİDEO

Tayvan parlamentində bu gün yeni prezident Lai Çinq-tenin andiçmə mərasiminə bir neçə gün qalmış xaos yaşanıb. Deputatlar parlament islahatları ətrafında mübahi...

Ömrümüzün uzunluğu təxminən 5 il artacaq

Araşdırmalara görə, qlobal ömür uzunluğu 2050-ci ilə qədər təxminən 5 il - 2022-ci ildəki 73,6 yaşdan 2050-ci ildə 78,2 yaşa qədər artacaq. Sfera.az xarici...