Qızıl Aypara Cəmiyyətinin rəsmisi həbs olundu - FOTO

Qızıl Aypara Cəmiyyətinin rəsmisi həbs olundu - FOTO

Şirvanda dələduzluq edən qadın saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sfera.az-a verilən xəbərə görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Ülviyyə Balayeva saxlanılıb.

 

Araşdırmalar zamanı məlum olub ki, Ü.Balayeva şəhər sakini olan bir vətəndaşın etibarından istifadə edərək, ona yüksək məvacibli yaxşı işlə təmin edəcəyi barədə vədlər verərək, onun 10000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

 

Polis əməkdaşları həmin qadının digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

 

Əgər Ü.Balayevanın əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-nə məlumat vermələri xahiş olunur.

 

Ülviyyə Balayeva saxlanılana qədər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsinin sədri vəzifəsində çalışıb.


OXŞAR XƏBƏRLƏR

Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”

  “Belarus Respublikası Azərbaycanın ənənəvi olaraq səmimi dostluq və əməkdaşlıq əlaqələrini saxladığı ölkələrdən biridir. 70 il ərzində keçmiş SS...

Cəlilabadda itkin düşən gənc qız Bakıda TAPILDI

Cəlilabadda itkin düşmüş 21 yaşlı qız Bakıda tapılıb.   Sfera.az-ın report-a istinadən xəbərinə görə, rayon sakini L.Hüseynova mayın 15-də yaşadığı e...

Leysan və qar yağıb - Ölkədə FAKTİKİ HAVA

Mayın 18-i saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a&nb...

Məktəblilərimiz dünyanın ən nüfuzlu elm müsabiqəsində medal qazandılar - İLK DƏFƏ

Azərbaycan məktəbliləri ilk dəfə olaraq ABŞ-nin Beynəlxalq Elm və Mühəndislik Yarışmasında medal qazanıblar.    Sfera.az xəbər verir ki, 11&ndas...

Azərbaycan neftinin qiyməti 85 dollara YAXINLAŞIR

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,61 ABŞ dolları, yaxud 0,72 % artaraq 84,82&nb...

Qətlə yetirilən tələbə Könülün ailəsində daha bir FACİƏ

Martın 2-si itkin düşən və mayın 14-ü Lənkəranda meyiti tapılan Cəlilabad rayon Muğan kənd sakini 22 yaşlı Könül Ağayevanın nənəsi də vəfat edib.   S...