Əli Həsənovun \"Kaspi\" Təhsil Mərkəzindən şəhid övladına hörmətsizlik - \"Bu abırsızlar utanmadan...\"

Əli Həsənovun \

"Kaspi" Təhsil Mərkəzi şəhid kapitan Elçin İsmayılovun övladına təhsil haqqını ödəməklə bağlı kəskin xəbərdarlıq edib.


Sfera.az xəbər verir ki, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənovun həyat yoldaşına  məxsus təhsil şirkətinin Bakıxanov filialı E.İsmayılovun şəhid övladı olduğunu bildiyinə baxmayaraq ondan təhsil haqqını tələb edib.


Şəhid ailəsi buna etiraz etdikdə isə ailəyə məsələni ictimailəşdirməməklə bağlı zəng daxil olub. Bu barədə məlumatı Haldun Novruzzadə öz "Facebook" hesabında paylaşıb:


“Şəhid kapitan Elçin İsmayılovun kiçik oğlunun Kaspi Təhsil Şirkətində təhsil alması üçün pul tələb etməkləri barədə status yazmışdım. Bu abırsızlar utanmadan şəhidin yoldaşına zəng edib deyiblər ki, bizim haqqımızda niyə yazırsınız, biz heç kimə pulsuz təhsil verə bilmərik, bizdə elə şey yoxdur.


İndi bunlara nə deyəsən? Deyirlər məktəb Əli Həsənovun həyat yoldaşınındır. Əli Həsənov illlərdir medianı çapıb talayıb, indi illik 7000 manatı Şəhid övladına qıymır? Ayıb olsun”.

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR