Natiq Məmmədli: “Azərbaycanın hər bir qəzetinin, saytının öz siması olmalıdır”

Natiq Məmmədli: “Azərbaycanın hər bir qəzetinin, saytının öz siması olmalıdır”
"Bu ay media subyektləri, yəni həm qəzetlərimiz, həm də veb-saytlar üçün müsabiqəni yekunlaşdırdıq. 55 media subyekti həftəlik, gündəlik qəzet, eyni zamanda xəbər saytları və idman saytları MEDİA-nın bu ilin birinci yarısı üçün dəstəyinə layiq görüldü. Çox təəssüflər olsun bizim bəzi həmkarlarımız elə başa düşürlər ki, onlar hər hansı bir media subyekti, sayt yaradıblarsa  dövlət birmənalı şəkildə bunu dəstəkləməlidir".

Sfera.az bildirir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin (MEDİA ) şöbə müdiri Natiq Məmmədli  Dövlət Gömrük Komitəsinin və MEDİA-nın birgə təşkilatçılığı ilə keçirilən "Gömrük sistemində islahatlar: nəticələr, perspektivlər" təliminin bağlanış mərasimində çıxışı zamanı deyib. 

Natiq Məmmədli qeyd edib ki, dövlət heç bir media subyektinin yaradılmasını sifariş vermir:

"Bir nüansı xüsusi olaraq bizim media cameəsi üçün qeyd etmək istəyirəm ki, Azərbaycan dövləti medianın sponsoru deyil. Dövlət Azərbaycanın informasiya mühitinin sağlamlaşdırılması, onun rəqabətə davamlılığının artırılması istiqamətində ictimai və dövlət maraqlarından irəli gələn layihələr də həyata keçirir. Bizim media subyektləri də bu layihələrdən faydalanmalıdırlar. Bizim göstərdiyimiz dəstək hər hansı bir media subyektinin fəaliyyət göstərməsi üçün onun xərclərinin təxminən 10%-ni təşkil edə bilər. Əsas məsuliyyət media subyektinin üzərin düşür. Azərbaycanın hər bir qəzetinin, saytının öz siması olmalıdır. Azərbaycan jurnalistinin hörməti, nüfuzu digər peşə sahiblərindən fərqlənməməlidir. Məhz bu hörməti jurnalist öz sözü, siması ilə qazanır”.

Natiq Məmmədli həmçinin qeyd edib ki, bu yaxınlarda Milli Məclisin 3 oxunuşundan keçmiş və geniş ictimai müzakirə olunmuş "Media Haqqında” Qanun Azərbaycan informasiya mühitinin sağlamlaşdırılmasına, Azərbaycan jurnalistinin nüfuzunun qaytarılmasına bir töhfə olacaq:

"Bəzilərinin  qısqanclıqla qarşılamasına baxmayaraq, "Media Haqqında” Qanun ifadə azadlığına tam təminat verir. Onun bütün maddələri Azərbaycan mediasının gələcək inkişafı üçün hesablanıb. Bu, həyata keçdikcə bizim mediamız bunu öz fəaliyyətində hiss edəcəklər.

Nəhayət, informasiyanın üçüncü tərəfi onu qəbul edəndir. Bu da bizim yaralı yerimizdir. Bizim cəmiyyətin informasiyanı qəbul edən kəsiminin intellektual savadını, media savadlılığını o qədər artırmalıyıq ki,  cəmiyyətimiz "fake news” ilə doğru xəbəri fərqləndirə bilsin. Yəni cəmiyyətimiz düzgün, mötəbər xəbərlə yanlış informasiyanı fərqləndirə bilməlidir".
 
(musavat.com)

OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...