Tarixdə insanlar üzərində aparılan ən dəhşətli təcrübələr

Tarixdə insanlar üzərində aparılan ən dəhşətli təcrübələr

 

Elm qurban tələb edir, tibb elmi də istisna deyil. Lakin fərq burasındadır ki, tibb aləmində qurbanlar heç bir günahı olmayan insanlar olur. Tibb işçiləri bu dəhşətli təcrübələri inkişaf naminə fəaliyyət göstərdiklərini düşünərək həyata keçiriblər.

 

Sizləri bu əzablı təcrübələrdən bəziləri ilə tanış edirik:

 

Seyncerin radiasiyalı təcrübələri

 

1960-1972-ci illərdə (12 il ərzində) ABŞ-lı həkim Yucin Seyncer ABŞ Müdafiə Nazirliyi sifarişi üzrə Mərkəzi Sinsinatti hospitalında bir sıra araşdırmalar aparıb. Məqsəd isə radiasiyanın insana təsirini öyrənmək olub. Yüzlərlə insan Seyncerin qurbanı olub. Qurbanların əksəriyyətini xərçəng xəstəliyindən əziyyət çəkən, kasıb afroamerikalılar təşkil edib. Xərçəng hüceyrələri əleyhinə dərman əvəzinə heç nədən xəbəri olmayan bu insanlara tərkibində yüksək dozada radiasiya olan radioaktiv preparatlar verilirdi.

 

Seyncer onların vəziyyətini diqqətlə izləyib, öz müşahidələrinin dəqiq qeydini aparıb. Ümumilikdə təcrübələrə yüzlərlə insan cəlb edilib, onlardan 89-u əzablı ölümlə ölüb. Bütün bunlara baxmayaraq Seyncer heç vaxt cəzalandırılmayıb. O, həyatının sonuna qədər təcrübələrinin ölkənin nüvə müharibəsinə hazırlığını təmin etdiyini hesab edərək onların  zəruriliyindən əmin olub.

 

 

Dövlət Təhlükəsizlik Komitəsi (KQB) damı altında "kamera”

 

Bu təcrübələr barədə indiyə qədər dəqiq məlumatlar mövcud deyil. Lakin artıq məlum olanlar insanın dəhşətə gəlməsi üçün kifayətdir. Söhbət SSRİ Dövlət Təhlükəsizlik orqanları toksikoloji laboratoriyasından gedir. Burada 10 illiklər ərzində ən yüksək cəzaya məhkum edilən məhbuslar üzərində zəhərləyici maddələrdən istifadə ilə təcrübələr keçirilib. Bu laboratoriya "Laboratoriya 1” və ya "Kamera” kimi tanınıb. Orada məhbusların orqanizminə diqitoksin, risin, iprit qazı və insan üçün ölümcül digər zəhərlər daxil edirdilər. Təbii ki, təcrübə iştirakçılarının hamısı ölürdü. Lakin bu ölüm üzərində təcrübə aparılan şəxslərdə baş verən bütün dəyişiklikləri qeydə alan tibb işçilərinin müşahidəsi altında baş verirdi. Araşdırma nəticələrindən hərbi zəhərləyici maddələrin istehsalında istifadə edilib.

 

 

4.1 layihəsi

 

Bikini mərcan adasında nüvə sınağı keçirildikdən sonra qonşuluqdakı Marşall adaları kütləvi radiasiya təsirinə məruz qalıb. Radiasiyanın insana təsirini araşdırmaq üçün 1954-cü il hadisələrindən dərhal sonra adaya bir qrup ABŞ-lı tibb işçisi gəlib. Onlar uzun illər ərzində radiasiyanın qurbanların orqanizminə necə təsir göstərdiyini müşahidə ediblər. Tibb işçiləri qadınlar və uşaqlar da daxil olmaqla aborigenlərdə təzahür edən radiasiya simptomlarını dəqiqliklə qeydə alıblar: şişlərin böyüməsi, qanaxma, dişlərin tökülməsi... Bununla belə yalnız araşdırmalar başa çatdıqdan sonra ABŞ Energetika Nazirliyi yumşaq surətdə tibb işçilərinə "radiasiyanın insana təsiri araşdırmalarının radiasiyadan əziyyət çəkənlərin müalicəsi ilə paralel aparılmasının mümkün olduğuna” işarə edib. Lakin tibb işçilərinin ağlına bu gəlməyib, çünki müalicə təcrübənin "dəqiqliyi”ni poza bilərdi.

 

 

 

"Bədheybət"

 

1939-cu ildə Ayova Universitetindən olan professor və onun tələbəsi Mari Tüdor uşaqlarda nitq patologiyalarının inkişafına həsr edilən araşdırma aparıb. 22 məktəbəqədər uşaqdan ibarət qrup toplayan bu şəxslər qrupu 2 hissəyə bölüblər və onlara nitq vərdişlərinin yaxşılaşdırılması üzrə məşğələ keçməyə başlayıblar. Bununla belə onlar birinci qrupdakı uşaqları mütəmadi qaydala uğurlara görə tərifləyib, ikinci qrupdakı uşaqları ələ salıblar, "yazıq pəltəylər” adlandıraraq təhqir ediblər. Təcrübə nəticəsində ikinci qrupda yer alan uşaqlardan bir çoxunda kəkələmə və nitqlə bağlı başqa problemlər yaranıb. Problemlər hətta təcrübəyə qədər heç bir çətinlik çəkməyən uşaqlarda da müşahidə edilməyə başlayıb. Təcrübə iştirakçılarının yarıdan çox hissəsi həyatlarının sonuna qədər təcrübə zamanı "qazandıqları” nitq patologiyası və ruhi travmalardan azad ola bilmədi. Yalnız 2001-ci ildə Ayova Universiteti zərərçəkənlərdən rəsmi olaraq üzr istəyib.

 

 

MK-ULTRA layihəsi

 

Bu təcrübi proqram MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi- ABŞ) mütəxəssisləri tərəfindən şüurun manipulyasiyası vasitələrinin öyrənilməsi üçün həyata keçirilib. Layihə 1950-ci illərin əvvəllərindən Kanadanın Kvebek əyalətindəki Allan psixologiya institutu bazasında həyata keçirilib. Layihənin həyata keçirildiyi 10 ildən artıq müddətdə yüzlərlə insan qurbana çevrilib. Təcrübələr nevroz və ya yüksək həyəcanlılıq kimi kiçik problemlər səbəbindən instituta müraciət edən pasientlər üzərində aparılıb. Onlar süni komaya salınır, sakitləşdirici dərman görüntüsü altında "həqiqət zərdabı” kimi tanınan ən güclü preparatlar verilirdi, elektrik cərəyanı vurulur və pasientlərin bədəni və şüuru üzərində digər oxaşar təhlükəli təcrübələri sınaqdan keçirirdilər. Yalnız 1970-ci illərdə proqram barədə məlumat üzə çıxdıqdan və böyük qalmaqala səbəb olduqdan sonra MK-ULTRA layihəsi bağlanıb.

 

 

Taskiqi sifilisinin araşdırılması

 

1932-1972-ci illər ərzində aparılan bu tibbi təcrübə ABŞ-ın Alabama ştatının Taskiqi şəhərində həyata keçirilib. Onun təşkilatçıları sifilisin (yoluxucu zöhrəvi xəstəlik) bütün inkişaf mərhələlərini ardıcıl öyrənmək qərarına gəlib. Təcrübə şəhərin qaradərili sakinləri üzərində həyata keçirilib. Həkimlər sifilisə yoluxan kişilərdəki simptomları dəqiqliklə qeydə alıblar. Bununla belə onları müalicə etməyiblər və ən dəhşətliyi bu xəstəliyin müalicə edilməsinin mümkün olması məlumatını gizlədiblər. "Həkimlər” təcrübə apardıqları şəxslərin başqa şəhərlərin klinikalarında tibbi yardım ala bilməmələri üçün əlindən gələni ediblər. Nəticədə Taskiqi sakinləri sifilisdən bütöv bir ailə şəklində ölürdü, halbuki bu zaman bütün ölkə ərazisində bu xəstəlik uzun müddət idi ki, nəzarət altında idi. Sonralar Taskiqi təcrübəsi ABŞ biotibbi araşdırmalar tarixinin ən rüsvayçı səhifəsi adlandırılıb.

 

 

Lobotomiya dərman kimi

 

1935-ci ildə portuqaliyalı psixiatr Eqas Monis psixi xətəliklərin baş beynin alın payının həddən ziyadə gur fəaliyyəti nəticəsi olduğunu ehtimal edib.”Əgər bu payları tormozlasaq və ya qismən aradan qaldırsaq psixi çatışmazlıq aradan qalxar”,- deyə düşünürdü. Monis şövqlə pasientlərinin kəllə sümüyünü kəsməyə və alın paylarının hissələrini aradan qaldırmağa və ya beyin şöbələri arasında əlaqələri dağıtmağa başlayıb. Nəticələr əksər hallarda təsadüfdən asılı olub: pasientlərdən bəziləri həqiqətən bir müddət özünü yaxşı hiss edib, digərlərinin vəziyyəti pisləşib, üçüncü qismdə isə psixoz tutmaları dərhal əvvəlki intensivliklə bərpa olunub. Bir neçə pasient bıçaq altında ölüb. Son nəticədə pasientlərdən biri atəş açaraq Eqas Monisi öldürüb.

 

Monis metodunun sübuta yetirilən effektivliyinin olmamasına baxmayaraq 1949-cu ildə o, apardığı təcrübəyə görə Nobel mükafatına layiq görülüb. 

 

 


OXŞAR XƏBƏRLƏR