İpoteka şərtləri yumşalacaqmı?

İpoteka şərtləri yumşalacaqmı?
Azərbaycan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətinin yaradılması başa çatandan sonra ipoteka kreditlərinin verilməsi davam etdiriləcək.

Maliyyə Bazarlarına Nəzarət Palatası belə deyir və bildirir ki, Fondun vəsaiti hesabına ipoteka kreditlərinin verilmə qaydalarında hələ dəyişiklik yoxdur:

"İpoteka kreditləri ilə bağlı "Kredit təşkilatlarında sağlam kreditləşmə və məsuliyyətli borclanma Prinsipləri"ndə müəyyən olunmuş meyarlar yalnız bankların öz vəsaitləri hesabına verdikləri ipoteka kreditlərinə şamil edilir. Bu prinsiplərə əsasən, xarici valyutada ipoteka kreditləri verilməməlidir. Milli valyutada verilən ipoteka kreditlərində kreditin təminata olan nisbəti isə 70 faizdən çox olmamalıdır".

Ekspert Palatanın arqumentini qəbul etmir

Əmlak məsələləri eksperti Rəşad Əliyev Palatanın arqumentləriylə razılaşmır:

"Bank verdiyi ipoteka kreditlərinə görə eyni cür məsuliyyət daşıyır. Necə ola bilər ki, bank İpoteka Fondunun vəsaitləri hesabına olan ipotekanı 15-20 faiz (sosial ipoteka - 15 faiz, adi ipoteka - 20 faiz) ilkin ödənişlə rəsmiləşdirsin, ancaq öz daxili proqramı ilə ipoteka kreditləşməsinə başqa tələblər qoyulsun. Hər iki əməliyyatin iqtisadi mahiyyəti eynidir".

Milli.Az azadliq.org-a istinadən bildirir ki, kreditin təminata olan nisbətinin 70 faizi aşmaması tələbinə gəlincə, ekspert deyir ki, bu halda bank öz vəsaitləri ilə ipoteka kreditlərini ən aşağısı 30 faizlik ilkin ödənişlə verəcək:

"30 faizlik ilkin ödəniş tələbi kreditləşdirmə həcmini azaldacaq və tikinti sektoruna mənfi təsir göstərəcək. Axı yeni tikililərdə mənzil satışının kreditləşdirilməsi 2 üsulla aparılır: tikinti şirkətinin kreditləşdirməsi və ya bank kreditləri hesabına".

R.Əliyevin fikrincə, Palatanın açıqlaması Fond vəsaitindən ipoteka kreditlərinin verilmə qaydalarında dəyişiklik olmadığını göstərir:

"Dəyişikliklər yoxdur, ancaq eyni zamanda kreditləşmə də yoxdur. Ancaq belə qənaətə gəlmək olar ki, ilkin ödənişlə bağlı tələblərdə yumşalma olması ehtimalı azalıb".

OXŞAR XƏBƏRLƏR

Çamadanda cəsədi tapılan Ayşənin polis əməkdaşı ilə son görüntüləri - FOTO

Xəbər verdiyimiz kimi, Türkiyədə yol kənarında atılan çamadandan 22 yaşlı universitet tələbəsi olan Ayşə Tokyazın cəsədi tapılıb.   Sfera.a...

Zelenski: "Rusiya onların varlığından xəbərdar olmalıdır"

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin uzaqmənzilli silahlar əldə edəcəyi halda hərəkət etməyə və güc nümayiş etdirməyə hazır olduğunu bildirib.  ...

Cəlilabadda dağlıq ərazidəki yanğın tam söndürüldü

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş verən yanğın tam söndürülüb. Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliy...

İcra başçılarının neçə müavini var? - Statistika

2025-ci ilin əvvəlinə aid olan məlumata əsasən, Azərbaycanda yerli icra hakimiyyəti başçılarının 196 müavini var.   Sfera.az Dövlət Statistika Komitəsi...

Prezidentlə təkbətək görüşü oldu - FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.   Sfera.az xəbə...

"Bu, İranın aciz görünməsinə gətirib çıxaracaq" - AÇIQLAMA

ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün son tarix kimi avqustun sonunu təyin etmək barədə razılığa gəliblər, əks halda Te...