DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi

DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Sosial şəbəkələrdə Şəmkir rayonunda polis əməkdaşlarının Vətən müharibəsində Dövlət Bayrağını müsadirə etməsi, orduya yardım aparan şəxslərin cərimələnməsi və digər məlumatlar yayılıb.

Sfera.az xəbər verir ki, yayılan məlumatlarla bağlı DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo"ya bildirib ki, iddialar əsassız olmaqla, faktsızdır, həqiqəti əks etdirmir:

"Vətən müharibəsində kimliyindən asılı olmayaraq, hər kəs kimi polis də üzərinə düşən vəzifələri ləyaqətlə, şərəflə yerinə yetirib. Kimlərsə polis haqqında əsassız iddialar irəli sürürsə, polisi bayrağa, vətəndaşa hörmətsizlikdə ittiham edirsə, həmin şəxsin xarakterində ziddiyyət var".

Şəmkir rayonunda karantin rejim qaydaları ilə bağlı, sanitar-epidemioloji normaların pozulması ilə bağlı tərtib olunan protokollara da toxunan E.Hacıyev əlavə edib ki, sosial şəbəkələrə informasiyanı ötürən şəxsin kimliyi məlumdur, o, öz qanunsuz əməllərini davam etdirmək üçün əsası olmayan məlumatlar yaymaqda maraqlıdır.

"Diqqətə çatdırırıq ki, iddiaların hər biri müvafiq olaraq yoxlanılıb. Hər hansı vətəndaşa qarşı qanunsuz inzibati tənbeh tədbiri tətbiq edilməyib", - deyə Hacıyev bildirib. 

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini QƏBUL ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səudu qəbul edib...

Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI - Müəllimlərin NƏZƏRİNƏ! 

İlk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyunda, ötən il uğur qazana bilməyən müəllimlərin təkrar...

"Avroviziya"ya bu ölkənin bayrağı ilə giriş QADAĞAN OLUNDU

Fələstin bayrağı “Avroviziya 2024” mahnı müsabiqəsində qadağan edilib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber”...

Bu tarixdən İçərişəhərə giriş MƏHDUDLAŞDIRILACAQ - RƏSMİ

İçərişəhərdə 4-5 mayda keçiriləcək Milli Xalça Festivali ilə əlaqədar İçərişəhərin Qoşa Qala girişi və ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq...

Dünya bazarlarında neft BAHALAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin iyul müqaviləsinin dəyər...

İcra Hakimiyyətində məmurla vətəndaş arasında NƏ BAŞ VERİR?

Aprelin 18-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin Muradxanlı kəndində keçirilən qəbulunda iştirak edən şəxslərdən biri bir gün sonra saxlanı...