Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT - FOTO

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT - FOTO
 

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

Sfera.az xəbər verir ki, Rafail Quliyev Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri təyin edilib.

O buna qədər KTN-nin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri vəzifəsində çalışıb. 

 

Qeyd edək ki, Rafail Quliyev 1967-ci ildə Biləsuvar rayonunda anadan olub. 1988-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Aqronomluq” fakültəsini bitirib. Uzun illər kənd təsərrüfatı sahəsində çalışıb. 

2016-2018-ci illərdə Biləsuvar Kənd Təsərrüfatı İdarəsinin (Dövlət Aqrar İnkişaf Mərkəzi) rəisi olub. 2018-ci ilin sentyabrın 3-də Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 

Ailəlidir, dörd övladı var. 

Kənd Təsərrüfatı Nazirliyindən məlumatı təsdiqləyiblər. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqa təbrik məktubu göndərib.   Sfera.az xəbər verir ki, məktubda deyilir: &nbs...

Demokratlar Trampın sonunu gətirəcəkmi? - ABŞ konqresində impiçment təşəbbüsü

2025-ci ilin aprel ayında ABŞ-də Prezident Donald Trampın impiçment olunması məsələsi üçüncü dəfə gündəmə gəlib. Demokrat Partiyasının bəzi üzvləri, başda Miçiq...

300 işıq ili uzaqlıqda bulud aşkarlandı - FOTO

Astronomlardan ibarət bir qrup Günəş sistemindən təxminən 300 işıq ili uzaqlıqda yerləşən, əvvəllər müşahidə olunmamış nəhəng qaz buludunu aşkar edib.  ...

Ay Əkizlərə keçir – Bu 3 bürc dönüş nöqtəsi yaşayacaq

Bu gün Ay Buğa bürcündə başlayır və gün ərzində Əkizlər bürcünə keçəcək. Ayın Əkizlər bürcündə olması bizi daha ünsiyyətcil, maraqlı olmağa təşviq edir. &nbs...

Bakıda məktəblərdən uşaqlar qaçırılır? – DİN-dən reaksiya

“Vatsap qruplarında valideynlər arasında şagirdlərin məktəblərdən qaçırılmasına dair iddialar yayılıb. Uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan ...

Azərbaycan Ordusunun şanlı gücü: XTQ-nin yaradılmasından 26 il ötür

Bu gün, 30 aprel 2025-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrinin elit birləşmələrindən biri olan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasından 26 il öt...