Yeni idarəetmə sisteminə keçid özəl sektorun da inkişafına səbəb olacaq - Ekspert

Yeni idarəetmə sisteminə keçid özəl sektorun da inkişafına səbəb olacaq - Ekspert
 

Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə dövlət şirkətlərinin işinin ciddi təftiş edilməli olduğunu bildirib. Dövlət başçısı həmçinin yeni idarəetmə sisteminin qurulması tapşırığını verib. 

Yeni idarəetmə sisteminin yaradılması məsələsi ilə bağlı "MediaPost"a açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov bildirdi ki, Azərbaycanda bir sıra dövlət müəssisələrində əsas problemlərdən biri korporativ idarəetmə modellərinin zəif tətbiqidir: 

"Dövlət şirkətlərində idarəetmədə şəffaflığın, ictimai iştirakçılığın olmaması, kənar nəzarətin zəif təşkili və hesabatlılığın aşağı olması əsas problemlərdəndir. Yeni idarəetmə sisteminə keçiddə mühüm məsələ dövlət və özəl şirkətlər arasında əməkdaşlıq formasının qurulmasıdır. Prosesə özəl sektorun cəlb olunması şəffaflaşma və vəsaitlərin idarəedilməsində səmərəlilik prinsiplərini yüksəldir. Çünki nəzərə almaq lazımdır ki, dövlət vəsaitləri kiminsə vəsaiti deyil və şəxsi maraqlar istiqamətində yönləndirilib, istifadə olunmamalıdır. Özəl sektor posesə daxil olanda isə çalışır ki, maliyyə-təsərrüfat fəaliyyəti və xərclər şəffaflaşsın, qurum daha effektiv formada idarə olunsun, gəlirliyi təmin edilə bilsin. Bu da qurumun mənfəətinin artımına, idarəetmənin təkmilləşməsinə gətirib çıxarır".

Ekspert bildirib ki, yeni idarəetmə sisteminə keçid özəl sektorun da inkişafına səbəb olacaq: "Tenderlərdə idarəetmənin himayədarlıq prinsipi ilə qaliblərin müəyyənləşdirilməsi, süni şirkətlərin yaradılması geniş təcrübədir. Son nəticədə, icraçıya daha az vəsaitin ödənilməsi və layihənin daha keyfiyyətsiz həyata keçirilməsi, dövlət vəsaitlərinin isə havaya sovrulması baş verə bilir. Özəl sektorun prosesə daxil olması bu istiqamətdə də rəqabəti artıracaq. Çünki özəl sektor öz maraqlarını müdafiə edəcək, dövlətin vəsaitinin kimlərinsə maraqları istiqamətində istifadə olunmasına imkanları məhdudlaşdıracaq. Bu da müəssisənin mənfəətlə işləməsinə, özəl sahibkarlığın yaxşılaşmasına, iqtisadi subyektlərin daha ədalətli formada iştirakına şərait yaradacaq".


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Ordusunun şanlı gücü: XTQ-nin yaradılmasından 26 il ötür

Bu gün, 30 aprel 2025-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrinin elit birləşmələrindən biri olan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasından 26 il öt...

Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İnzibati Xətalar Məcəlləsində cərimələrlə bağlı edilən dəyişikliklər barədə vətəndaşlara müraciət edib....

"Kapital Bank" əməkdaşları kütləvi ağacəkmə aksiyasında iştirak etdilər

"Kapital Bank" əməkdaşları Azərbaycan Banklar Assosiasiyasının üzvlərinin iştirakı ilə həyata keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak ediblər. ...

İtkin düşən 84 yaşlı kişinin meyiti tapıldı

Qusar rayonunda dörd gün əvvəl itkin düşən şəxsin meyiti aşkar olunub.   Sfera.az xəbər verir ki, aprelin 26-da evdən çıxıb geri qayıtmayan 84 y...

Bu 4 bürcə ŞAD XƏBƏR - Yeni mərhələ başlayır

30 aprel - 6 iyun tarixləri arasında bəzi bürclər həyatda yeni bir mərhələyə qədəm qoyacaq.   Sfera.az xəbər verir ki, astroloq Kateryna Solovio...

Azərbaycan-İran münasibətləri möhkəm təməl üzərində inkişaf edir

Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə malikdir. Hər iki xalq islam aləminə mənsub olan xalqlardır. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları birləş...