Cəlilabadda yük maşını aşdı - Ölən və yaralanan var

Cəlilabadda yük maşını aşdı - Ölən və yaralanan var
Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Sfera.az xəbər verir ki, hadisə rayonun Zəhmətabad kəndi ərazisində qeydə alınıb. 

Yardımlı rayonu Zevin kənd sakini - 1980-ci il təvəllüdlü Çingiz Niyaz oğlu Tağıyev idarə etdiyi "QAZ 69" markalı yük avtomobilini yolun kənarına aşırıb. 

Qəzada sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 

Avtomobildə olan sərnişin - 1990-cı il təvəllüdlü Tağıyev Sadəddin Telman oğlu  müxtəlif bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR