Cəlil Məmmədquluzadənin nəticəsi Bakıda - FOTO

Cəlil Məmmədquluzadənin nəticəsi Bakıda - FOTO
 

Görkəmli Azərbaycan yazıçısı və ictimai xadimi Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri ilk dəfə Azərbaycana gəliblər.

Sfera.az  "Report"a istinadən xəbər verir ki, onları Bakıya AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli dəvət edib. 

Martin və Pşemislav Cavanşiri noyabrın 18-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər, məzarı önünə əklil qoyublar, xatirəsini ehtiramla anıblar.

Daha sonra Fəxri xiyabanda babaları C.Məmmədquluzadənin və nənələri Həmidə Cavanşirinin məzarını ziyarət ediblər.

Ziyarətdən sonra onlar C.Məmmədquluzadənin ev muzeyinin təmirdən sonra açılışında iştirak edəcəklər.

Qeyd edək ki, Cəlil Məmmədquluzadə şəcərəsinin nümayəndələri ilk dəfədir doğma Vətənə gəliblər.  

OXŞAR XƏBƏRLƏR

Nəsimi rayonunda Sahə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyin yeni binası istifadəyə verilib

  Bu gün Nəsimi RİH başçısının 1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin yeni inzibati binası istifadəyə verilmişdir. Tədbirdə iştirak...

Yasamalın icra başçısı rayon sakinin ad gününə getdi - FOTOLAR

 Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 19 dekabrda 100 yaşı tamam olan rayon sakini Bağırova Sonaxanım Məmmədbağır qızını yaşadığı evdə z...

Daha bir deputat xəstəxanaya yerləşdirildi - FOTO

 V çağırış Milli Məclisin deputatı Mahir Aslanov əməliyyat olunub.   Sfera.az  xəbər verir ki, bunu modern.az-a Mahir Aslanovun köməkçisi de...

Bank Respublika gənclərin maliyyə savadlılığı təşəbbüsünü dəstəklədi

  Korporativ sosial məsusliyyət layihələrinə xüsusi önəm verən Bank Respublika, ölkəmizdə həyata keçirilən "Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” la...

Azərbaycan Beynəlxalq Bankı və Azercell-dən ölkəmizdə bir ilk!

  Regionun aparıcı bankı Azərbaycan Beynəlxalq Bankı ölkəmizin rəqəmsal həllər təqdim edən lider mobil operatoru Azercell Telekomla birgə Azercell abunəç...

Zelenskinin Bakı səfəri fotolarda

Xəbər verdiyimiz Ukrayna Prezidenti Vladimir Zelenski və xanımı Yelena Zelenskaya Azərbaycana səfər edib. Sfera.az 16-17 dekabr tarixlərində ölkəmizd...