Çində daha bir qorxulu xəstəlik

Çində daha bir qorxulu xəstəlik
Kateqoriya məlum deyil10.08.25, 08:252 👁️
T

Həkimlər Çin Xalq Respublikasının cənubundakı Quandonq əyalətində bir həftə ərzində çikungunya virusuna 1 387 yeni yoluxma halı aşkarlayıblar.


Sfera.az xəbər verir ki, bu barədə əyalətin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi 3–9 avqust dövrü üzrə hesabatında məlumat verib.
 

Yoluxanların böyük əksəriyyəti (1 212 nəfər) iyulun əvvəlində xəstəliyin ocağı olmuş Foşan şəhərində qeydə alınıb. 103 yoluxma halı isə əyalətin inzibati mərkəzi olan Quançjouda da təsdiqlənib.


Regionda gücləndirilmiş profilaktik tədbirlər görülür, virusu yayan ağcaqanadların məhv edilməsi üzrə hədəfli işlər aparılır.


Çkungunya virusu epidemiyası Quandonqda iyulun əvvəlində isti və rütubətli hava şəraiti zamanı, ağcaqanadların çoxalmasına əlverişli dövrdə başlayıb. Çin Xalq Respublikasının cənubunda aşkar edilmiş ümumi yoluxma halları 8 000-i ötüb. Bundan əlavə, həkimlər 100-dən çox denqe qızdırması halını müəyyən ediblər.

 

Yoluxma halları Quançjoudan əlavə, Makao, Honkonq və digər şəhərlərdə də qeydə alınıb. Yoluxanların böyük əksəriyyəti xəstəliyi yüngül formada keçirib.
 

Qeyd edək ki, bu son dərəcə ağrılı və iflicedici xəstəlik insanı sözün əsl mənasında ikiqat edir. Tibbdə hələlik chikungunya üçün nə dərman, nə də peyvənd mövcuddur. İnkubasiya dövrü adətən 3–12 gün arasında dəyişir. Xəstəlik həmişə qəfil başlayır – hərarət kəskin yüksəlir, üşütmə, bel və oynaq ağrıları, səpgilər yaranır. Daşıyıcılar iki növ ağcaqanaddır.

PAYLAŞ
Sehliyali
Yüklənir...