ABŞ Prezidenti Donald Trampın Qəzzada müharibənin dayandırılması üçün hazırladığı 21 maddədən ibarət planı yaxın günlərdə İsrailin Baş naziri Benyamin Netanyahuya təqdim edəcəyi iddia olunub.
Sfera.az “Sözcü”yə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri mətbuatının yaydığı məlumata görə, planın ən vacib şərti HƏMAS-ın silahı yerə qoymasıdır.
“Əl-Arabiya” televiziya kanalının xəbərinə əsasən, Tramp bu planı Netanyahu ilə keçirəcəyi görüşdə müzakirəyə çıxaracaq.
Planın əsas məqamları
• İlk mərhələdə təcili atəşkəs elan ediləcək;
• İçərisində ömürlük həbs cəzası alanların da olduğu minlərlə fələstinli azad olunacaq;
• Qarşılığında isə bütün girovların azad edilməsi nəzərdə tutulur;
• BMT və beynəlxalq təşkilatların təmin edəcəyi humanitar yardımların Qəzzaya maneəsiz girişinə icazə veriləcək.
Plana görə, Qəzza Humanitar Yardım Fondunun fəaliyyəti dayandırılacaq, HƏMAS-ın əlindəki silahlar müəyyən müddət ərzində beynəlxalq ərəb qüvvələri tərəfindən toplanacaq. Silahı buraxaraq Qəzzəni tərk edən HƏMAS üzvləri isə amnistiya ediləcək.
Savaşın dayandırılmasından sonra Qəzza müvəqqəti olaraq ərəb ölkələrindən təşkil ediləcək hərbi qüvvə tərəfindən idarə olunacaq. Günlük idarəetmə üçün isə fələstinlilərdən ibarət komitə yaradılacaq.
Qəzzənin yenidən qurulması 5 illik proqram çərçivəsində beynəlxalq təşkilatlar və ərəb ölkələrinin daxil olduğu konsorsium tərəfindən həyata keçiriləcək.
ABŞ administrasiyası plan çərçivəsində Qərb Şəriətinin İsrail tərəfindən ilhaq edilməyəcəyinə dair təminat verir. Bununla belə, planın reallaşması üçün əsas şərt kimi HƏMAS-ın silahı yerə qoyması xüsusi vurğulanır.
Bəsti Rəfizadə
Sfera.az