Körpələri bu meyvə ilə allergiyadan qorumaq olar - TƏDQİQAT

Körpələri bu meyvə ilə allergiyadan qorumaq olar - <span style="color:#ff0000">TƏDQİQAT</span>
Kateqoriya məlum deyil01.09.25, 11:4722 👁️
T

Körpələrin qidal qəbulunun ilk ilində qaragilənin rasiona əlavə etmək allergiyanın qarşısını almağa və immun sistemini gücləndirməyə kömək edə bilər.

 

Sfera.az “Nutrients”də nəşr olunan araşdırmaya istinadən xəbər verir ki, bununla bağlı aparılan tədqiqatda 48 körpə iştirak edib. 

 

Beş aylıq dövrdən etibarən uşaqlara hər gün püre və ya ana südü ilə qarışdırılmış 10 qram qaragilə tozu verilib. Nəzarət qrupuna isə giləmeyvə olmayan oxşar dadlı və rəngli toz təqdim olunub. Təcrübə uşaqlar bir yaşına çatana qədər davam edib.

 

Nəticələr göstərib ki, qaragilə qəbul edən körpələrdə allergiya ilə əlaqəli IL-13 sitokininin səviyyəsi daha aşağı, antiinflamatuar təsirə malik IL-10 səviyyəsi isə daha yüksək olub. Bundan əlavə, alimlər bu markerlərin bağırsaq mikrobiotası ilə bağlı 32 müxtəlif əlaqəsini müəyyən ediblər.

 

Mütəxəssislər bildirirlər ki, iştirakçıların sayı az olsa da, nəticələr qaragilənin körpələrdə sağlam immun tarazlığın formalaşmasında mühüm rol oynaya biləcəyini göstərir.

 

Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ
Sehliyali
Yüklənir...