Avqust ayının 31-də Beyləqan rayonunun Bolsulu qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Məlumata görə, araşdırmalarla yanğını 55 yaşlı Natiq Əliyevin törətdiyi məlum olub.
Hadisə nəticəsində 6 hektar ərazidə biçilmiş əkin sahəsi yanıb.
N.Əliyev saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.