Böyük Britaniyada 225 min funt sterlinqə (təxminən 517 min manat) satışa çıxarılan ev internetdə böyük tənqidlərə səbəb olub. Müasir təmirə və agentlərin "gözəl ev" kimi təsvir edilməsinə baxmayaraq, alıcılar onda ciddi bir qüsur tapıblar.
Sfera.az bildirir ki, sahibinin zarafatla "qəşəng anbar" adlandırdığı ev, qapalı icmanın ərazisində yerləşir.
İçəridə ağ, minimalist interyer, yeni mətbəx və şəxsi bağ var.
Bununla belə, sosial şəbəkə istifadəçiləri diqqəti əsas çatışmazlığa yönəldiblər: bina əslində parkinqin düz ortasında yerləşir.
Şərhçilərdən biri yazıb:
“Yeganə üstünlük odur ki, arxa hasardan tullana bilsən bir neçə dəqiqədən sonra Savasentrə və ya IKEA-da olarsan”.
Bundan əlavə, bəzi alıcılar hərracda iştirak üçün rezervasiya haqqı olaraq 1000 funt sterlinq (2,35 min manat) ödəmək zərurətinə daha çox qəzəblənib:
"Dəhşətlidir, ev dayanacağın ortasındadır, dekorativ daşlarla bərkidilib və yaxınlıqda yeni tikililər ucalır".
Digərləri şübhəli plana diqqət çəkib: kiçik pəncərələr, birinci mərtəbədəki vanna otağı və yataq otağında təbii işığın olmaması. Bir istifadəçi hətta orada dik durmağın mümkün olub-olmaması ilə maraqlanıb.
Mənfiliklərə baxmayaraq, mülkün “müdafiəsinə” qalxanlar da olub. "Düzünü desəm, yaxşı tövlədir, mənzərəli yerdə bağ evi kimi uyğun olardı. Yeganə problem qiymətdir"- deyə şərhçilərdən biri qeyd edib.
Əmlak agentləri isə öz növbəsində qeyd edirlər ki, ev yaxşı nəqliyyat əlaqələri olan "rahat ərazidə" yerləşir: yaxınlıqda qatar stansiyası və avtomobil yolu var.
Xanım