Ukrayna Rusiya neftini hədəf alıb - Məqsəd nədir?

Ukrayna Rusiya neftini hədəf alıb - <span style="color:#ff0000">Məqsəd nədir?</span>
Kateqoriya məlum deyil01.09.25, 12:056 👁️
T

Ukrayna son günlərdə Rusiyanın neft emalı müəssisələrinə hücumların sayını artırıb. 

 

Kiyev mənbələrinin məlumatına görə, bu hücumlar Rusiyanın enerji infrastrukturunu zəiflətmək və hərbi imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır. Rəsmi Moskva isə öz növbəsində hücumların qarşısının alındığını və zərərin minimum olduğunu bildirir.

 

Bəs bu hücumlarda əsas məqsəd nədir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayeva Ukraynanın son günlərdə Rusiyanın neft emalı müəssisələrinə hücumlarının təsadüfi olmadığını və hərbi-strateji məqsədlərə xidmət etdiyini deyib.

 

 

Onun sözlərinə görə, ilk növbədə bu hücumlarla Rusiya iqtisadiyyatının ən həssas sahələrindən biri – enerji sektoruna zərbə vurulur:

 

“Neft emalı zavodlarının fəaliyyəti zəiflədikcə Rusiyanın daxili bazarda yanacaq təminatı və ixrac imkanları məhdudlaşır. Bu isə həm büdcə gəlirlərinə, həm də müharibənin maliyyələşməsinə təsir göstərir. İkinci məqsəd hərbi logistikanı zəiflətməkdir. Neft məhsulları tankların, hərbi texnikanın və aviasiyanın hərəkətliliyi üçün həyati əhəmiyyət daşıyır. Zavodlara zərbə vurmaqla Ukrayna Rusiya ordusunun yanacaq təchizatında boşluqlar yaratmağa çalışır”.

 

Politoloq üçüncü tərəfdən, bu hücumları. psixoloji və siyasi mesaj daşıdığını qeyd edib. 

 

O bildirib ki, Moskvanın dərinliklərində yerləşən strateji obyektlərə zərbə endirmək Ukraynanın hücum qabiliyyətini göstərir, Rusiyanın müdafiə imkanlarını sual altına qoyur:

 

“Bu həm də Kreml üzərində əlavə ictimai və siyasi təzyiq yaradır.

 

Nəticə etibarilə, Ukraynanın neft emalı müəssisələrini hədəfə alması həm iqtisadi zəiflətmə, həm hərbi imkanları məhdudlaşdırma, həm də psixoloji üstünlük qazanma strategiyasının tərkib hissəsi kimi qiymətləndirilməlidir”.

 

Fidan Hacızadə
Sfera.az


 

PAYLAŞ
Sehliyali
Yüklənir...