DİM bu şagirdlər üçün imtahan keçirəcək - Tarix açıqlandı

DİM bu şagirdlər üçün imtahan keçirəcək - <span style="color:#ff0000">Tarix açıqlandı</span>
Kateqoriya məlum deyil03.09.25, 10:5321 👁️
T

Dövlət İmtahan Mərkəzi (DİM) 2025-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, həmçinin eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 7-də əlavə imtahan təşkil edəcək. 

 

Sfera.az DİM-ə isinadən xəbər verir ki, bu imtahanda Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak edə bilməyən şagirdlər də biliklərini yoxlayacaqlar.


İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində keçiriləcək. İmtahanların idarə olunması üçün 10 imtahan rəhbəri, 7 ümumi imtahan rəhbəri, 52 nəzarətçi, 7 buraxılış rejimi əməkdaşı və 7 bina nümayəndəsi ayrılıb. Bütün binalarda imtahan eyni vaxtda – saat 10:00-da başlanacaq. 


Buraxılış rejimi saat 09:45-də başa çatacaq və həmin vaxtdan sonra gələn iştirakçılar binaya buraxılmayacaqlar. Şagirdlər imtahana buraxılış vərəqələrini sentyabrın 2-dən etibarən internet vasitəsilə çap edə bilirlər. Vərəqə ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış təqdim olunur.


Burada imtahan prosesi ilə bağlı vacib qaydalar və tövsiyələr yer alır. İştirakçıların imtahan binasına rahat daxil olmaları üçün müxtəlif gəlmə vaxtları müəyyən edilib.

 

Bu səbəbdən şagirdlərə buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək tövsiyə olunur. İmtahana gələn şagirdlər mütləq aşağıdakı sənədləri təqdim etməlidirlər: 


İmtahana buraxılış vərəqəsi; 

Şəxsiyyəti təsdiq edən sənədin əsli;


Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar üçün isə təhsil müəssisəsi tərəfindən verilmiş fotoşəkilli arayış. 
Qeyd edək ki, DİM-in məlumatına görə, imtahanda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 210, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 162 şagird iştirak edəcək. Bundan əlavə, 77 şagird yalnız Azərbaycan dili fənni üzrə imtahan verəcək.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...