Bakıda oğurluq edən şəxslər saxlanıldı

Bakıda oğurluq edən şəxslər saxlanıldı
Kateqoriya məlum deyil03.09.25, 10:2719 👁️
T

Paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus 4300 nağd pul və 5000 manat dəyərində dekorativ metal avadanlıqlar oğurlanıb. 


Sfera.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidməti məlumat yayıb. 


Məlumata əsasən, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərdə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 31 yaşlı R.Məmmədov və 50 yaşlı V.Mustafayev saxlanılıblar.


Həmçinin, Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə paytaxt sakini olan bir nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R.Şirinov da tutulub.


Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ
Sehliyali
Yüklənir...