Avropalılar “Google”u cərimə edə bilər - Səbəb

Avropalılar &ldquo;Google&rdquo;u cərimə edə bilər - <span style="color:#ff0000">Səbəb</span>
Kateqoriya məlum deyil01.09.25, 08:170 👁️
T

“Alphabet” şirkətinə məxsus “Google” yaxın həftələrdə Avropa İttifaqı tərəfindən reklam texnologiyaları sahəsində rəqabət əleyhinə fəaliyyətlərinə görə cərimələnə bilər.


Sfera.az “NTV”yə istinadən xəbər verir ki, Avropa Komissiyasının qərarı Avropa Yayımçılar Şurasının şikayəti əsasında aparılan dördillik araşdırmadan sonra elan olunacaq.

 

Şikayətdə “Google”un öz reklam xidmətlərini rəqiblərinə nisbətən üstün tutduğu iddia olunub və bu, 2023-cü ildə şirkətə qarşı ittihamların irəli sürülməsinə səbəb olmuşdu. 


Qeyd olunur ki, tətbiq olunacaq cərimə az olacaq. Bu isə yeni Avropa İttifaqı Rəqabət Komissarı Teresa Riberanın, sələfi Marqarit Vestagerdən fərqli olaraq, sərt maliyyə sanksiyalarına deyil, rəqabət əleyhinə təcrübələrin aradan qaldırılmasına diqqət yetirdiyini göstərir. 


Avropa İttifaqının rəqabət orqanı isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.


Bəsti Rəfizadə
Sfer.az

PAYLAŞ
Sehliyali
Yüklənir...