Dövlət Duması məktəblərdə miqrant uşaqların sayının azaldılmasını təklif edib.
Sfera.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Xəbərdə bildirilir ki, Dövlət Dumasının deputatları Aleksey Neçayev, Sardana Avksentyeva və Anna Skroznikova, eləcə də təhsil naziri Sergey Kravtsova bir sinifdə birdən çox miqrant uşağın təhsil almasını qanunvericiliklə qadağan etməyi təklif ediblər.
Müraciətdə qeyd olunur ki, 500-dən çox məktəbdə miqrant uşaqların sayı 10 faizi ötür. Parlamentarilərin fikrincə, bu tədris prosesinin səmərəliliyinə təsir edir.
“Buna görə də, bir sinifdə birdən çox miqrant uşağının qəbulunu qadağan edən normanın qanunvericiliklə təsbit edilməsini zəruri hesab edirik”, - deyə sənəddə qeyd olunur.