Meşədə meyiti tapılan tələbənin qətli ilə bağlı yeni təfərrüatlar - FOTOlar


Meşədə meyiti tapılan tələbənin qətli ilə bağlı yeni təfərrüatlar -<span style="color:#ff0000"> FOTOlar</span>
Kateqoriya məlum deyil10.08.25, 07:1838 👁️
T

Türkiyənin Aydın vilayətində meyiti tapılan 22 yaşlı universitet tələbəsi Teslime Hanedanın ölümündən sonra yeni detallar ortaya çıxıb. 


Sfera.az yerli mətbauata istinadən xəbər verir ki, Teslime 10 ay əvvəl anası və atasının ona şiddət tətbiq edib, evdə zorla saxladıqları iddiası ilə hər ikisi barəsində uzaqlaşdırma qərarı aldırıb.

 

Başından güllə ilə vurulmuş halda tapıldı

 

Avqustun 6-da Aydının Kalfaköy məhəlləsi yaxınlığındakı meşə yolunda başından güllə ilə vurulmuş qadın meyiti tapılıb. Meyitin Adnan Menderes Universitetinin İnsan və Cəmiyyət Elmləri fakültəsinin 3-cü kurs tələbəsi Teslime Hanedan olduğu müəyyən edilib. Əraziyə ilk çağırışı edən şəxsin onun sevgilisi Efe F. olduğu məlum olub və o, şübhəli şəxs qismində saxlanılıb.

 

Sevgilisinin ifadəsi ziddiyyətli oldu

 

Polis araşdırmaları zamanı Efe F.-nin Teslimeni vurulduğu yerdən 50 metr məsafəyə qədər kürəyində daşıdığı məlum olub. O, polisə ilkin ifadəsində qızın çantasından silah çıxarıb özünü vurduğunu deyib. Lakin daha əvvəl 112-yə zəng edərək "Qız yoldaşıma çata bilmədim, telefon izləmə proqramı ilə yerini tapdım, meyitini gördüm" deməsi ziddiyyətli ifadə kimi qiymətləndirilib.

 

Hadisə zamanı yanında 4 nəfər daha olub


Hadisədən əvvəl Teslime Efe F. və onun 4 dostu taksi ilə birlikdə həmin əraziyə gəliblər. Polis həmin 4 nəfəri də şübhəli qismində saxlayıb. Ümumilikdə 5 nəfər hal-hazırda polis idarəsində dindirilməkdədir.

Atası: "Uşağımın mənim yanımda qalmasını istədim"


Teslimenin meyiti Mersinin Mut rayonundakı Kurtsuyu kəndində dəfn edilib. Kəndin muxtarı olan atası Beytullah Hanedan qızının onu və anasını "məni evdə zorla saxlayırlar" deyərək polisə şikayət etdiyini və bu səbəbdən dövlət qurumlarının onu evdən apardığını bildirib.


O deyib:


"Qızım Teslimeni Silifkə avtovağzalında tək buraxdılar. Bəli, uzaqlaşdırma qərarı ala bilərdi, amma ondan yaxşı kim baxardı? Mən onun atasıyam. Uzaqlaşdırma qərarı olduğu üçün yaxınlaşa bilmirdim".


"Ata, bazar ertəsi gələcəyəm" deyib, bir daha zəng etməyib


Teslime ölümündən 15 gün əvvəl atasını axtararaq ev kirayəsini ödəyə bilmədiyini və paltar almağa pulu olmadığını deyib. Atası pul göndərdiyini və qızının telefonda peşman olduğunu dediyini, "Bazar ertəsi gələcəyəm" söylədiyini, lakin bir daha zəng etmədiyini bildirib. 

PAYLAŞ
Sehliyali
Yüklənir...