Avqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb.
Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, avqustun 11-də əsasən Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacaq, səhər yarımadanın bəzi yerlərində isə qısamüddətli leysan xarakterli yağış və şimşək çaxma ehtimalı var.
Şimal-qərb küləyi arabir güclənəcək, günorta isə mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 22-25, gündüz 29-32 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 40-45% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, şimşək çaxması müşahidə olunacaq. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan və dolu ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək, gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 21-26, gündüz 32-36, dağlıq ərazilərdə gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.