Neftin qiyməti düşür - Büdcəyə necə təsir edəcək?

Neftin qiyməti düşür - <span style="color:#ff0000">Büdcəyə necə təsir edəcək?</span>
Kateqoriya məlum deyil02.10.25, 09:52255 👁️
T

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,79 ABŞ dolları, yaxud 1,12 % azalaraq 69,86 ABŞ dolları təşkil edib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 67,94 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,79 ABŞ dolları və ya 1,14 % azalaraq 68,32 ABŞ dolları təşkil edib.
 

Azərbaycanın builki dövlət büdcəsində isə bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.


Maraqlıdır, neftin qiymətinin bu şəkildə düşməsinin ölkə büdcəsinə hansı təsirləri ola bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Elman Sadıqov bildirib ki, neft qiymətlərinin düşməsi gözlənilən prosesdir.

 

 

Onun sözlərinə görə, dünyada hansısa qlobal böhran, müharibə olmasa, il sonuna qədər "Brent" markalı neftin 70 dolları keçmə ehtimalı azdır:

 

“Tramp bununla bağlı OPEC+ ölkələrinə, ABŞ-də olan neft istehsalçılarına ciddi təzyiq göstərir. Dünyada, xüsusən də Amerikada əsas məsələlərdən biri büdcə kəsrlərinin azaldılması, inflyasiyanın aşağı salınmasıdır. Büdcə kəsrlərnin azaldılması üçün ən əsas amillərdən biri faizlərin aşağı salınmasıdır çünki Amerika büdcəsindən təkcə borclar üçün hər il 1 trilyon dollar yaxın vəsait ayrılır. Tramp da federal ehtiyatlar sistemindən tələb edir ki, faizlər 4-dən 1-ə salsınlar. Faizlərin 3-dən aşağı enməsi 1 trilyon yox, 200-300 milyard pul xərclənməsi, yəni büdcədə 700-800 milyard dollar qənaət deməkdir.  Lakin Federal Ehtiyatlar Sistemi əks-arqument gətirir ki, bu faizləri bu qədər endirmək mümkünsüzdür çünki ölkədə hədəf inflyasiyası  faizdir və buna hələ çatmayıb. Tramp da inflyasiyanı azaltmaq üçün enerji qiymətlərinin aşağı olmasını istəyir. Həmçinin, Tramp vergiləri də azaldıb. Neft qiymətləri düşmədikcə isə Tramp neft ölkələrinə olan təzyiqi artırır. Faktiki olaraq OPEC+ ölkələri neft hasilatını artırdıqda yenə qiymətlərə təsir göstərəcək”. 

 

Ekspert qeyd edib ki, OPEC+ ölkələrininTrampın sözünə baxmasına səbəb var:

 

“OPEC+ ölkələri neft hasilatını artırmasa, Tramp Venesuela neftini dünya bazarına çxıaracam. Hətta bu barədə mesaj verməklə qalmır, müəyyən addımlar da atır. Venesuela nefti dünya bazarına çıxarsa, neft qiymətləri ən yaxşı halda 45-50 ABŞ dolları ətrafında olacağı gözlənilir. Bu səbəbdən OPEC+ ölkələri neft bazarında paylarını azaltmamaq üçün bu tələbi yerinə yetirməyə məcburdurlar. Onlar hasilatı artırır, beləlikdə neftin qiyməti düşür, artan hasilatla da bunu kompensasiya etməyə çalışırlar”. 

 

E.Sadıqov nəzərə çatdırıb ki, neft qiymətlərinin bu il ərzində aşağı düşməsinin 2025-ci ilin büdcəsi üçün bunun ciddi fəsadı və mənfi təsiri olmayacaq:

 

“İlin sonuna 3 ay qalıb, bu müddət ərzində neft qiymətlərinin 60 dolların altına düşmə ehtimalı nisbətən azdır. Növbəti ildə bu baş verə bilər. Faktiki olaraq, büdcədə nəzərdə tutulan orta günlük qiymətdir. 1 gün ərzində neftin qiyməti 60 dollara da düşsə, bu problem deyil. , "Brent" markalı neftin qiyməti 66-68 dollar olduqda bizim "Azeri Light" markalı neftin qiyməti 70 dolların üzərində olur. Əsas məsələ 2026-cı il üçündür. 2026-cı ildə büdcəmizdə neftin qiyməti daha aşağı nəzərdə tutulub, amma hər bi halda dünya bazarlarında neftin qiymətinin təxminən 60 dollar və daha aşağı olması ilə bağlı müəyyən proqnozlar var. Gedişat onu göstərir ki, yaxın 1-2 il ərzində neft qiymətlərinin artma ehtimalı çox aşağıdır”.


Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir. 

 

Firuzə Əliyeva
Sfera.az

 

PAYLAŞ