"Problem dərindir, həlli yoxdur" - Ekspert tıxac problemindən danışdı

&quot;Problem dərindir, həlli yoxdur&quot; - <span style="color:#ff0000">Ekspert tıxac problemindən danışdı</span>
Kateqoriya məlum deyil17.09.25, 09:47390 👁️
T

Son vaxtlar Bakıda nəqliyyatın hərəkətində ciddi problemlər yaşanır. Şəhərin müxtəlif istiqamətlərində tıxacların həm sayı, həm də davametmə müddəti artıb. Bu vəziyyət gündəlik həyatın ritmini ləngidir və ictimai narazılığa səbəb olur. Ən çox müzakirə olunan məsələlərdən biri isə avtobus zolaqlarının yaradılmasının bu problemə təsir edib-etməməsidir.

 

Bakıda tıxacların artmasında avtobus zolaqlarının salınmasının rolu varmı, yoxsa problemin əsas səbəbləri fərqlidir?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, şəhər nəqliyyat baxımından həddindən artıq yüklənib və bu, ciddi böhran yaradıb:

 

"Məsələ o qədər dərindir ki, sadəcə müzakirə açmaq da yetərli deyil. Buradan çıxış yolunun mümkünsüz olduğunu qəbul etmək lazımdır”.

 

 

Ekspert məsələnin həlli üçün elmi-konseptual yanaşmaları və ya ən müasir texnologiyaların tətbiqinin belə problemi nizamlamağa gücsüz olduğunu vurğulayıb:

 

“Fakt budur ki, Bakı şəhərinin mövcud həcmi bu qədər nəqliyyat yükünə tab gətirmir. Problem dərindir və həllinin real olmadığı görünür”.

 

Qeyd edək ki, beynəlxalq nəqliyyat məlumat şirkətlərinin hesabatına əsasən, tıxac probleminin ən ağır olduğu şəhərlər sırasında İstanbul, Nyu-York, Meksika və Paris kimi şəhərlər yer alır.

 

Siyahıya Bakı da daxil edilib. Hesabat göstərir ki, paytaxtımızda sürücülər ildə təxminən 96 saatını tıxaclarda sərf edir. Bu, şəhərin nəqliyyat infrastrukturunun hələ də böyük yük altında olduğunu və tıxac probleminin gündəlik həyatın bir hissəsinə çevrildiyini göstərir.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...