Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur

Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur
Kateqoriya məlum deyil15.09.25, 06:101 👁️
T

Sentyabrın 15-də Azərbaycanda bütün təhsil müəssisələrində yeni dərs ilinə start verilib. 2025/2026-cı tədris ilində ölkə üzrə 2,2 milyon nəfər təhsilalan məktəb, kollec və ali məktəblərdə dərsə başlayacaq. Onların sırasında 130 mindən çox uşaq ilk dəfə 1-ci sinfə qədəm qoyur.

 

Sfera.az xəbər verir ki, yeni tədris ilində ali təhsilin bütün səviyyələrinə 75 min tələbə qəbul olunub. Bu, son illərin ən yüksək göstəricilərindən biri hesab edilir.

 

Qeyd edək ki, 2025/2026-cı tədris ilindən etibarən Bakı məktəblərində ənənəvi jurnallar ləğv edilir. Onların yerini müasir texnologiyalara əsaslanan “Rəqəmsal məktəb” platforması əvəz edəcək. Bu dəyişiklik təhsil prosesində şəffaflığın artırılmasına, valideynlərin övladlarının qiymət və davamiyyətini onlayn izləməsinə imkan yaradacaq.

 

Həmçinin sentyabrın 15-də ümumi təhsil müəssisələrinin II–XI siniflərində keçiriləcək ilk dərs “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunacaq.
Məlumat üçün bildirək ki, son illərdə Azərbaycanda təhsil infrastrukturunun gücləndirilməsi istiqamətində ciddi addımlar atılıb. Bu müddətdə 600-ə yaxın yeni məktəb binası tikilib və ya əsaslı şəkildə təmir olunub, qəzalı məktəblərin sayı isə 2 dəfədən çox azalaraq 400-ə enib. 

 

Eyni zamanda, yeni tipli modul məktəblərin istifadəyə verilməsi ucqar kəndlərdə təhsil imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.

 

Niyaz Hacıyev

PAYLAŞ
Sehliyali
Yüklənir...