Ermənistan və Türkiyə Gümrü-Qars dəmir yolu xəttinin bərpası və istismara verilməsi üçün texniki araşdırmalar aparmağı planlaşdırır.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin xüsusi nümayəndələrin görüşünə dair bəyanatında deyilir.
Rubinyan və Sərdar Kılıç, eyni zamanda, ali təhsil müəssisələrinin tələbələri üçün təqaüd imkanları yaratmaq və tarixi Ani körpüsünün birgə bərpası yolu ilə mədəni və akademik sahələrdə əməkdaşlığı gücləndirmək üçün səy göstərməyə razılaşıblar.
Xüsusi nümayəndələr, həmçinin 2026-cı ilin yayından etibarən müxtəlif istiqamətlərə uçuşlar həyata keçirən digər maraqlı şirkətlərin cəlb edilməsinə yönəlmiş zəruri işlərin görülməsi barədə razılaşıblar./APA