Hər il insanlar mövsümi pozuntu keçirir- Psixoloq

Hər il insanlar mövsümi pozuntu keçirir- <span style="color:#ff0000">Psixoloq</span>
Kateqoriya məlum deyil12.09.25, 09:5841 👁️
T

Hava şəraitinin dəyişməsi insanların psixoloji vəziyyətinə birbaşa təsir göstərir. Temperatur, rütubət, külək və işıqlı günlərin sayı kimi faktorlar əhval-ruhiyyəyə, enerji səviyyəsinə və konsentrasiya qabiliyyətinə təsir edə bilər. 

 

Psixoloq Aydan Məmmədova Sfera.az-a bildirib ki, havanın dəyişməsinin insan psixologiyasına bir çox təsiri olur. A.Məmmədova dedi ki, hava şəraitinin dəyişməsi ən çox əhvalın dəyişməsinə səbəb olur ki, bu da insanın bütün fəaliyyətinə, hətta qidalanmasına da təsir göstərir:

 

 

"Buna ümumilikdə mövsümi pozuntu deyilir. Daha çox isə payız və qış fəsillərində rast gəlinir. Çünki bu fəsillərdə günəş işığı azalır. Günəş işığının azalması bəzi insanlarda ruh düşkünlüyünə səbəb olur. Yuxu pozuntusu, insanın daim özünü yorğun hesab etməsi, səhərlər oyanmaqda çətinlik, axşam yatmaqda çətinlik, sosial ortamlardan uzaqlaşma, depressiya kimi hallara rast gəlinir. İştahın pozulması və ya artması hallarına rast gəlinir. Bəzi insanlar daha çox qida istəyərkən, bəziləri isə az qidalanmaq və yaxud da heç qidalanmaq istəmir. Bu daxilən gələn bir şeydir. Həmin insanlar iş həyatında axsamalar yaşaya bilər. Belə insanlar öz fiziki həyatlarını aktiv tutmalıdır. Kiçik yürüşlər belə onların enerjilərinin balansda qalmasına kömək olacaq. Buna görə də qidalanma hökmən rejimə salınmalıdır".

 

Psixoloq hava şəraitinin sosial təcrid hallarına səbəb olduğunu da qeyd etdi:

 

"Bunun qarşısını almaq üçün insanlar yaxınları ilə ünsiyyətdə olmalıdır. Həmin insanlar istirahətinə, özünə zaman ayırmalıdır. Bizdən asılı olan məsələlərə reaksiya verməliyik. Əsəbdən stressdən özümüzü qorumağı bacarmalıyıq. Elə insanlar var ki, bu fəsli sevir, elələri də var ki, əksinə əhval-ruhiyyəsi daha da düşə bilər. Əgər belə vəziyyətdə əziyyət çəkirlərsə, mütləq mütəxəssis yardımı lazımdır. Bunun uzun müddət davam etməsi pis sonluqla nəticələnə bilər".

 

Niyaz Hacıyev

PAYLAŞ
Sehliyali
Yüklənir...