Boş qalan yerlərə qeydiyyat bu tarixdə başlayacaq

Boş qalan yerlərə qeydiyyat bu tarixdə başlayacaq
Kateqoriya məlum deyil05.09.25, 08:465 👁️
T

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanlar üçün qeydiyyat prosesinə 9 sentyabr saat 11:00-da start veriləcək. 


Sfera.az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən verilən məlumata əsasən, abituriyentlər (subbakalavrlar) //portal.edu.az/ sistemindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. 


Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 15 sentyabr saat 18:00-da yekunlaşacaq. 


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...