Bu proqramların istifadəçiləri diqqətli olmalıdır - Kiber hücum təhlükəsi var

Bu proqramların istifadəçiləri diqqətli olmalıdır - <span style="color:#ff0000">Kiber hücum təhlükəsi var</span>
Kateqoriya məlum deyil03.09.25, 08:336 👁️
T

Təhlükəsizlik tədqiqatçıları 900-dən çox təşkilatı hədəf alan yeni bir kiber hücum kampaniyasını aşkarlayıblar. Kiber cinayətkarlar saxta “Zoom” və “Microsoft Teams” dəvətləri vasitəsilə işçiləri aldadaraq sistemlərə giriş əldə edirlər. 


Sfera.az “En Son Haber”ə istinadən xəbər verir ki, “Abnormal” təhlükəsizlik şirkətinin məlumatına görə, hücumçular əsl kimi görünən e-poçtlar vasitəsilə istifadəçiləri “ConnectWise ScreenConnect” adlı İT alətinin yenidən dizayn edilmiş versiyasını yükləməyə inandırırlar. 


Proqram quraşdırıldıqda cinayətkarlar qurbanın kompüterində tam administrator nəzarətinə sahib olur, bütün fəaliyyətləri izləyə və məlumat oğurluğu həyata keçirə bilirlər. 


Hesabatda bildirilir ki, bu kampaniya kiber cinayətkarların taktikalarında təhlükəli bir dəyişiklik olduğunu göstərir. Artıq hücumçular sistemlərə xaricdən sızmaq əvəzinə, işçilərin etibar etdiyi iş yer alətlərindən istifadə edərək müdafiə mexanizmlərini aşa bilirlər. 


Hücumdan təsirlənmiş təşkilatların əksəriyyətinin təhsil, səhiyyə və maliyyə sektorlarında fəaliyyət göstərdiyi qeyd olunur. Eyni zamanda, belə hücum dəstlərinin “dark web” bazarlarında bir neçə min dollara satılması təhlükənin miqyasını artırır. 


Ekspertlər istifadəçiləri diqqətli olmağa, e-poçt və linkləri təsdiqlənməmiş qaynaqlardan açmamamağa çağırır.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...