Azərbaycan əhalisinin 11 faizi pensiyaçıdır

Azərbaycan əhalisinin 11 faizi pensiyaçıdır
Kateqoriya məlum deyil25.08.25, 09:206 👁️
T

2025-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1103,3 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1101,0 min) pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. 

 

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki. pensiyaçıların 64,6 faizi yaşa, 23 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

 

Təyin olunan aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz artaraq 538,1 manat təşkil edib və orta aylıq əməkhaqqının 49 faizinə bərabər olub.

 

Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 fevral tarixli 469 nömrəli Sərəncamına əsasən 2025-ci ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb.

 

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 14,3 faiz artırılaraq 2025-ci ilin 1 fevral tarixindən 320 manat müəyyən olunub.


Altay

PAYLAŞ
Sehliyali
Yüklənir...